Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkili Fərəc Quliyevin doğru sözü İranı qıcıqlandırdı.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Millət vəkili Fərəc Quliyevin doğru sözü İranı qıcıqlandırdı.

Millət vəkili Fərəc Quliyevin doğru sözü İranı qıcıqlandırdı.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyevin Quzey Azərbaycanla bağlı fikirlərindən qıcıqlanan İran molla rejimi təbliğat maşınını işə salıb.
"aran.irib.ir", "azeri.islamidavet.com" və "azeri.sahartv.ir" və s. təbliğata başlayıb.

aran.irib.ir saytlarda gedən materialı olduğu kimi təqdim edirik:


Millət vəkili Fərəc Quliyevin doğru sözü İranı qıcıqlandırdı.


Ayətullah Müctəhid-Şəbistərinin xeyirxah tövsiyəsi, Fərəc Quliyevin cahil sözləri

Azərbaycan Respublikası Parlamentinin üzvü-Fərəc Quliyev Təbrizin imamcüməsi- Ayətullah Müctəhid Şəbistərinin Azərbaycan Respublikasında islamofobiya siyasətinə və şiələrə qarşı repressiyalara son qoyulması ilə bağlı xeyirxahlığa köklənmiş tövsiyələrinə məntiqdən kənar reaksiyasında deyib: “Heç bir dövlət Azərbaycanın daxili işlərinə müdaxilə haqqına malik deyil!”


Deputat Fərəc Quliyev “Bakı-Xəbər” qəzetinə deyib: İran Azərbaycanın ABŞ və sionist rejim ilə münasibətlərinə həssaslıq göstərir. Lakin bu həssaslıq yersizdir. Çünki bizim adı çəkilən ABŞ və sionist İsrail rejimi ilə münasibətlərimizin İrana heç bir zərəri yoxdur.

F.Quliyev öz məntiqsiz sözlərini əsaslandırmaq üçün bir daha köhnəlmiş yalan iddialara üz tutub və Ermənistan və Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı ermənilərin silahlandırılmasında İranın rolunun inkaredilməz olduğunu iddia edib.

“Buna görə də onların haqqı yoxdur ki, bizə kiminlə dost olacağımız barədə tövsiyələr versinlər”-deyə Quliyev bildirib.

Azərbaycan Respublikası Parlamentinin bu üzvü həmçinin sionist rejimin xəyali uydurmalarına üz tutaraq, belə iddia edib: İran hazırda bütün dünyanı təhdid edir. İran hökuməti ömrünün son günlərini yaşayır. Buna görə də kəskin xarakterli bəyanatlar səsləndirir.

Azərbaycan Respublikası rəsmilərinin Təbrizin imamcüməsinin xeyirxahlığa əsaslanan tövsiyələrinə bu qədər kəskin və mənfi reaksiya vermələri elə bir şəraitdədir ki, Bakı beynəlxalq sionizm tərəfindən istiqamətləndirilən anti-İran və anti-İslam siyasətlərin icra meydanına çevrilib.

Geri dön