Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > Mətbuatda gedən yanlış informasiyalara MDHP Mətbuat Xidməti cavab verdi.
Mətbuatda gedən yanlış informasiyalara MDHP Mətbuat Xidməti cavab verdi. |
Bugün qaynar.info, azadinform.az , azxeber.com və s. saytlarında belə bir informasiya gedib: - “Fərəc Quliyevin partiyasında istefa dalğası davam edir. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli tutduğu vəzifədən istefa verib."
Bu xəbəri Seymur Həsənlinin facebook profilinə istinad ediblər. Biz hansı statusa istinad olunduğunu bilmirik, amma Seymur Həsənli bu məsələyə 15 aprel tarixində Facebook səhifəsində aydınlıq gətirib. Statusu olduğu kimi veririk: "Seymur Həsənli 15 Aprel Fərəc bəylə şəxsi münasibətlərim, dostluğum öz yerində, amma bu gün rəsmi olaraq Milli Dirçəliş Hərəkatı Partiyası ilə yollarımı ayırdım. Səbəb sırf şəxsi problemlərimlə bağlı idi. Kimsə nəyisə harasa yozmağa qalxmasın qətiyyən. Uğur olsun MDHP-dəki bütün dostlarıma! Hər zaman birlikdəyik milli davada! DAVAM! MDHP Mətbuat Xidməti Geri dön |