Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Amanbəyli: Güney Azərbaycan Milli Azadıq Hərəkatı bütövlükdə İranda keçirilən seçkiləri legitim hesab etmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Müsahibə > Əlirza Amanbəyli: Güney Azərbaycan Milli Azadıq Hərəkatı bütövlükdə İranda keçirilən seçkiləri legitim hesab etmir

Əlirza Amanbəyli: Güney Azərbaycan Milli Azadıq Hərəkatı bütövlükdə İranda keçirilən seçkiləri legitim hesab etmir


Qabil Hüseynli: «Güney Azərbaycanda yaşayan soydaşlarımızın seçkilərə qatılması müsbət nəticələrə gətirib çıxara bilər»
Əlirza Amanbəyli: Güney Azərbaycan Milli Azadıq Hərəkatı bütövlükdə İranda keçirilən seçkiləri legitim hesab etmir.
Vəfa Quluzadə: «İranda seçki simvolik xarakter daşıyır»

İyun ayında İranda prezident seçkiləri keçiriləcək. Bu hadisə Azərbaycan üçün iki cəhətdən maraq kəsb edir. İranla qonşuluq və orada yaşayan 35 milyon soydaşımızın taleyi. Amma yenə də bəzi milli hərəkat üzvlərinin təssüfedici bəyanatlarının şahidi oluruq. Soydaşlarımız arasında prezident seçkisini baykot etməklə bağlı çağırışlar səsləndirilir ki, bu da onların milli maraqlarına adekvat hesab olunmur. Ötən seçkidə də güneyli soydaşlarımız baykot taktikasını seçdilər. Bu da onlara heç bir xeyir vermədi, əksinə Əhmədinejatın prezident seçilməsini daha da asanlaşdırdı. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, soydaşlarımızın seçkiyə qatılması daha məqsədəuyğundur. Bu, həm də onların təşkilatlanması üçün mühüm rol oynaya bilər. Politoloqlarla müzakirələrimizdə daha düzgün addımı müəyyənləşdirməyə çalışdıq.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli vuğuladı ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının kifayət qədər güclü və aparıcı üzvləri hazırda həbsdədirlər. Əlirza Amanbəyli dedi ki, yeni GAMOH təşkiatından doktor Lətif Həsəni,(Araz) Yürüş Mehrəlibəyli və bir çox milli hərəkat fəalları azadlıqdan məhrum ediliblər: « Lətif Həsəninin fikri vardı ki, prezidentliyə namizədliyini irəli sürsün. Bu səbəbdən də onu həbs etdilər. İranda prezident və parlament seçkisi real deyil, daha çox təyinatla bu məsələlər həyata keçirilir. Xüsusən mühafizəkarlar tərəfindən irəli sürülən tələblər Güney azərbaycanlılarının hüquqlarını özündə ehtiva etmədiyi üçün soydaşlarımız İranda keçirilən bütün seçkiləri baykot etmək qərarına gəlib.Keçmiş "islahatçı" prezident Məhəmməd Xatəmi də azərbaycanlılara söz vermişdi ki, onların milli hüquqlarını tanıyacaq. Hətta mədəni muxtariyyətin də yaranacağını bildirmişdi.O zaman Güney Azərbaycanlılar Xatəminin vədlərinə inanaraq seçklərdə aktiv iştirak etdilər amma bu baş vermədi. Sonra may hadisələri baş verdi, türklər təhqir edildi. Orada da ölənlər, həbs edilənlər, yaralananlar oldu. Hazırda da həmin proses davam edir. Ona görə də Güney Azərbaycan Milli Azadıq Hərəkatı bütövlükdə İranda keçirilən seçkiləri legitim hesab etmir. Azərbaycanın hüquqlarının, milli haqlarının təmini uğrunada mübarizəsini davam etdirəcəyini bildirir. Soydaşlarımızın əlbəttə normal seçkilərdə iştirakı arzuediləndir. Bu bizim istəyimizin reallaşmasına şərait yaradan amildir. Amma İranda prezidentliyə namizədləri məsləhət şurası müəyyənləşdirir. Orada da istədikləri namizədlərin seçilməsini təmin edirlər. Ötən dəfə Musəvi 70 faiz səs toplamışdı, amma Əhmədinejat seçildi. Buna etiraz edən minlərlə insan küçələrə axışdı, toqquşmalar oldu. İslahatçılar həbs edildi, öldürüldü və işgəncələrə məruz qaldı».
Əlirza Amanbəylinin sözlərinə görə, bu günlərdə İran Müdafiə Nazirliyi və İnqilab Keşikçiləri Korpusu açıq şəkildə bəyan edib ki, seçkilərə tam hzırdırlar: «Sanki müharibəyə başlayacaqları ilə bəyanat verirlər. Buna görə də ordu hazırlıq vəziyyətinə gətirilir. Mən inanmıram ki, milli hrəkat üzvləri seçkilərə qatılsınlar. O zaman bu baş verər ki, İranda olan hər hansı bir dəyişkilik zamanı azərbaycanlıların milli maraqları nəzərə alınsın, təmin olunsun».


Güney və diaspor məsələləri üzrə ekspert Elnur Eltürk Hesab edir ki, İranda keçirilən seçkilərdə soydaşlarımızın fəallıq göstərməsi əslində dəyişiklik üçün həlledici məqam deyil. Onun sözlərinə görə, onsuz da İranda seçkilərin kimlər tərəfindən müəyyən ediliyi məlumdur: «Ölkənin ali dini lideri böyük səlahiyyətlərə malikdir. Onun siyasi iradəsindən kənar hansısa addım atmaq mümkün deyil.
İranda seçkilər formal xarakter daşıyır. Ona görə də, soydaşlarımızın seçkilərdə hansısa fəallıq göstərməsi və xüsusilə Azərbaycan əsilli namizədə səs verməsi heç bir şeyə təsir göstərə bilməz. Məhz buna görə soydaşlarımız seçkilərdə fəallıq göstərmirlər. Onlar yaxşı bilirlər ki, bu seçkilər insanların başını qatmağa hesablanan siyasi şoudur. Çünki onlar istədikləri nəticəni ala bilməyəcəklər. İranda soydaşlarımızın milli haqları təmin edilmədiyi üçün nə namizədlərə, nə də mövcud olan siyasi sistemə inam yoxdur. Köklü dəyişikliklər olmadığı təqdirdə, bu proses davam edəcək».
Elnur Eltürk əlavə etdi ki, bununla yanaşı soydaşlarımızın baykot taktikası da heç nəyi dəyişməyəcək: «Ötən seçkilərdə soydaşlarımız baykot taktikasını seçdilər. Amma nəticə heç nəyi dəyişmədi. Əhmədinejatın yenidən prezideyt seçilməsi daha da asanlaşdı. Düzdür, onlar istifadə olunacaqlarından qorxdular. Bu istiqamətdəki vəziyyət bir az qəlizdir. Ona görə də yeni taktiki proqramlar işlənib hazırlanmalıdır».
Politoloq Qabil Hüseynli isə hesab edir ki, güneyli soydaşlarımızın İranda prezident seçkilərinə qatılması məqsədəuyğundur və bu addım daha müsbət nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, bununula soydaşlarımız həm də seçkilərdə təcrübəyə yiyələnə bilərlər: «Prezident seçkiləri də siyasi cəhətdən təşkilatlanmaq, təcrübə qazanmaq, həm də öz ideyalarını papulyarlaşdırmaq, yaymaq üçün vacib bir hadisədir. Baykot taktikası heç bir zaman özünü doğrultmayıb. Xüsusən güneydə, milli azadlıq ideyasının yayılmasının zəruri olduğu bir ölkədə soydaşlarımız baykota üstünlük verməməli, seçkilərdə mütləq iştirak etməlidirlər». Qabil Hüseynli eyni zamanla, əlavə etdi ki, İranda keçirilən son prezidenrt seçkisində soydaşlarımızın baykot taktikası onların ziyanına işlədi: «Onların seçkiyə qatılmaması nəticəsində milli hərəkat təşkilatlarında siyasi deqradasiya prosesləri yarandı. Bir-biri ilə fikir ayrılığı, hətta ziddiyyətlər meydana gəldi. Bununla da bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar ciddi surətdə zəiflədilər. Ona görə də deyə bilərik ki, siyasi proseslərdə, xüsusən seçkilərdə iştirak etməklə həm siyasi təcrübə qazanırsan, həm təşkiatlanırsan, həm də təşkilatın sıralarını möhkəmləndirirsən. Ən əsası isə azərbaycanlıların problemlərini, onların ideyalarını daha effektiv şəkildə yaymaq asanlaşır».
«Xəzər» Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politloq Vəfa Quluzadə isə diqqətə çatdırdı ki, Güney Azərbaycan İran imperiyasının tərkibindədir: «İran da totalitar imperiyadır. Ona görə də orada seçki tamamilə şərti, simvolik xarakter daşıyır. İstəyirsən iştirak et və ya etmə — nəticə birdir».

Əli

Geri dön