Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, İdman > Traktor-Əlcəzirə futbol yarışında İranın BƏƏ-dəki səfiri döyüldü
Traktor-Əlcəzirə futbol yarışında İranın BƏƏ-dəki səfiri döyüldü |
Traktor azarkeşləri Azərbaycan himnini oxudular
Təbrizin "Traktor" Klubunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində "Əlcəzirə" komandası ilə görüşündə qalmaqal baş verib. Bu barədə qarşılaşmanı stadiondan izləyən Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü Səftər Rəhimli məlumat verib. Onun sözlərinə görə, oyunda Traktor 2-0 hesabı ilə yenilib: "Amma çox böyük skandal yaşandı. Azərbaycan bayrağını içəri buraxmadılar. Biz də gizlincə şüar və plakatları stadiona keçirə bildik. Şüar və Plakatlarda həm türk, həm də ingliscə "Güney Azərbaycan İran deyil" sözləri yazılmışdı. İran kəşfiyyatçıları bizim əlimizdə olan Azərbaycan bayraqları və şüarlarının alınması üçün Dubay polisinə xəbər verdilər. Poıislər də bütün oyun ərzində bayraq və şüarların əlimizdən almaq üçün bizimlə mübarizə aparmağa başladılar. DAK sədri Mirəşrəf Fətiyevin əlində Azərbaycan bayrağı olduğu üçün İran rəsmiləri onun stadiodan kənara çıxarılması ilə bağlı polisə xəbər verdilər. Polis Mirəşrəf Fətiyevi çölə çıxarmaq istəsə də azərbaycanlılar ona kütləvi şəkildə təpki göstərməyə başladlar. Mən səsgücləndirici ilə Azərbaycanın himnini oxudum və bütün traktorsevərlər ayağa qalxdı. Bununla da bütün stadionda olan azarkeşlər Azərbaycan himnini birlikdə oxumağa başladılar". Səftər Rəhimli əlavə edib ki, oyundan sonra stadiondan kənarda da şüarları açıb və İranı protest ediblər: "Bununla da bütün medianın qarşısında İran səfiri və məmurları bizimlə açıq əlbəyaxa döyüşə girdilər.Nəticədə İran səfiri və rəsmiləri Traktor azarkeşləri tərəfindən döyüldülər". Həmsöhbətimizin sözlərinə görə, Dubay poisi əvvəl İranın tərəfini saxlasa da sonradan bunun əksini edib: "Birdən nə oldusa polis bizə şərait yaratdı. İran rejiminin əleyhinə şüarlar səsləndirdik. Bundan sonra Mirəşrəf Fətiyev güneyli qardaşlarımıza ziyafət verdi və onlarla birlikdə yemək yedik. Bütün bunlarda isə Güney Azərbaycan İstiqlal Partiyasının üzvləri fəallıq göstərdilər". Geri dön |