Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmyerlimiz Hollandiya mediasında Xocalı hadisələrinə toxunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor, DAVAMın yazıları > Həmyerlimiz Hollandiya mediasında Xocalı hadisələrinə toxunub

Həmyerlimiz Hollandiya mediasında Xocalı hadisələrinə toxunub


Bu günlərdə Niderlandda yaşayan həmyerlimiz, jurnalist Vüqar Abbasovun yerli (Niderland) mətbuatda növbəti yazısı çıxıb.
Yazıda həmyerlimizin nədən söhbət açdığını öyrənmək üçün ona müraciət etdik və Vüqar bəy bizə aşağıdakıları bildirdi:
“Öncə diqqətiniz üçün təşəkkür edirəm. Mən bilmirəm bu yazının mətni oxucularınız üçün nə qədər maraqlı olar. Ancaq yazı barədə onları deyə bilərəm ki, bu yazıda bir çox insanın bildiklərini bir daha təkrar etmişəm. Yazının adı yazı barədə çox şeyi ifadə edir - “Müharibələr: neft, yoxsa demokratiya”. Yazının qısa tərcüməsi belədir: ““Demokratiya” – yunan sözü olub “xalq hakimiyyəti” deməkdir. Özünü demokratik adlandıran ölkələrdə 100% demokratiyadırmı? Mənim fikrimcə yox və əslində bu mümkün belə deyil. Seçkilər vaxtı siyasətçilər müxtəlif vədlər verir, seçkidən sonra isə bunlara əməl edə bilmirlər. Indi bəzi ölkələr dünyada “demokratiya yaratmaq,” “terrorla mübarizə” adı ilə müharibələr törədir, insanları öldürürlər. Amerikanın İraqda, Əfqanstanda törətdikləri qırğınlara baxmaq yetərlidir. İndi sözü gedən ölkələrdə demokratiyadırmı? Dünyada terror qorxusu yoxmudur? Deyin ki, biz də rahat nəfəs alaq. Təbii ki, bütün müharibələr neft və dolayısı ilə pul üstündədir.
Mən də neft ölkəsindən, Azərbaycandan gəlmişəm. Rusiya Azərbaycanı, onun neftini əldən verməmək üçün qırğınlar törətdi mənim ölkəmdə. Təkcə Azərbaycanın Xocalı şəhərində erməni-rus hərbçilərinin törətdikləri qırğınlara baxmaq yetərlidir. 600-dən artıq insan bir gecədə vəhşicəsinə öldürüldü, yüzlərlə insan itkin düşdü və.s. Tarixə baxsaq görərik ki, Rusiyada vəziyyət pisləşən kimi Azərbaycan və Ermənistan arasında müharibə yaradır və bu müharibədə ermənilərə kömək edir. Daha sonra yazıda birinci İraq müharibəsindən söhbət açılıb, rəqəmlər göstərilib”, – deyə Vüqar qeyd edib.
http://www.expontomagazine.nl/home/binnenland-nieuws/item/2007-oorlogen-olie-of-democratie?.html
Elnur Eltürk

Geri dön