Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni təcavüzü yalnız Böyük Azərbaycan yaranmasıyla çozüləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Erməni təcavüzü yalnız Böyük Azərbaycan yaranmasıyla çozüləcək

Erməni təcavüzü yalnız Böyük Azərbaycan yaranmasıyla çozüləcək


21 ildir ki, İsveçdə yaşayan Güney Azərbaycan İstiqlal Partiyasının İsveç üzrə təmsilçisi və “İsveç Azərbaycan” Cəmiyyətinin sədri Səməd Fərtaşın müsahibəsi

-Partiyanızın əsas hədəfləri nədir?
-Əsas olaraq, İran işğalından qurtulmaq və müstəqil Cənubi Azərbaycanın yaranması və Böyük Azərbaycana yönəlik hər sahədə cəhdlər göstərilməsi.

-Uzaqdan Cənub necə görünür?
-Cənubi Azərbaycan topraqları İran işğalı altında talan olmaqdadır. Azərbaycan adı topraqlarımızdan və Türk adları hər varlığımızın üstündən götürülür. Bir sözlə, Cənubi Azərbaycanımız azərbaycansızlaşır. Millətimiz də, keçmiş 80 ildə işğalçı İran siyasəti nəticəsində get-gedə farslaşmağa doğru gedib və özü-özünə düşmənə çevrilib. Bir sözlə, türksüzləşdirmə siyasəti yetərincə uğurlu olub.

-Xaricdə cənubluların təşkilatlanması prosesi necədir?
-İşğal altında olan Cənubi Azərbaycanda İranın irqçi dövləti heç bir qurumun və təşkilatın varlığına izin vermədiyi üçün, yalnız Cənubi Azərbaycandan xaricdə qurumlar və təşkilatlar yaratmaq imkanı vardır. Eyni zamanda İran dövləti öz terroristlərini dünyanın 4 tərəfinə göndərir ki, Azərbaycan adına ciddi təşkilatlar yaranmasın. Buna da yetərincə nail olmuşlar. Lakin Güney Azərbaycan İstiqlal Partiyası-“ GAİP” bütün çətinliklərə və İran dövlətinin xaricdəki adamlarının oyunlarına rəğmən, güclü təşkilatlanmağa nail olub.

-Hansı problemləriniz var?
-Önümüzdəki çətinliklərin ən başında Azərbaycan və Türkiyə dövlətlərinin bizi rəsmi olaraq, İran və bölgə problemlərini çözməkdə güclü rol oynayan bir partiya olaraq görməməsi durur. İnanırıq ki, bu çətinlik də tədricən və regionun geosiyasi baxımdan dəyişəndə ,Azərbaycan və Türkiyə dövlətlərinin mənafeləri Cənubi Azərbaycanın müstəqilliyini tanımağa meylli olanda aradan qalxacaq.

-Şimali Azərbaycan KİV-ində, alim və siyasilərindən istəkləriniz nədir?
-Şimaldakı media cənubi azərbaycanlıların İran işğalında və əsarəti altında can verdiyini dünyaya bildirir. Cənubi Azərbaycanın müstəqillik çağırışını dünyaya bildirmək özünü azəri bilən hər şəxsin, xüsusən də ziyalıların borcudur.

-İranın gələcəyi ilə bağlı düçüncələriniz nədir?
-Bizə görə Şimali Azərbaycanın yaşadığı erməni təcavüzü və işğalı problemi və yalnız Cənubi Azərbaycanın müstəqilliyi və Böyük Azərbaycan yaranmasıyla çozüləcək.

-Hansı dövlət modeli Cənubi Azərbaycan üçün uyğundur?
-Gələcək Cənubi Azərbaycanda modern, dünyəvi, dünya insan haqları çərçivəsində, millətimiiz ənənələrinə, tarixinə və gələcəyinə uyğun, demokratiya və insan azadlığı üzərində qurulmuş bir dövlət sistemini qurmaq bizim dövlət proqramımızdır.

Sübhan ƏLƏKBƏROĞLU

Geri dön