Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > 28 aprel - Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunmasının ildönümü
28 aprel - Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunmasının ildönümü |
1920-ci ildə 11-ci Qırmızı Ordu Bakıya daxil olaraq Azərbaycan Demokratik Respublikasına son qoymuşdu
Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 93-cü ildönümü tamam olur. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi. Bunların sırasında "28 aprel" metro stansiyası var idi ki, Azərbaycan öz istiqlaliyyətini bərpa etdikdən sonra stansiya "28 may" adlandırıldı. Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində kommunist Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən marionet Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü. Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib. Geri dön |