Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Zehtabilər Yaransın Dedi!
Zehtabilər Yaransın Dedi! |
Rza Talibi: Zehtabidən danışmaq zordur, gənəldə hər kəs onun yaşamını detaylı şəkildə anlatır, oxur geçir, amma Zehtabini tanımaq yetmir, zehtabinin necə bu millət içində bir qəriblikə Uğramış, söz qonusu olmalıdır.Ümumiyətcə zehtabini anlata bilərik, onun kitabları budur, odur, yazıları belədir, elədir, amma bir kirişçi oğlunun yaşamı bundan daha ğaırmış, bu millətmı onu zehtabi etdi, yoxsa özü?!Zehtabini tanımağ üçün geçmişimizə baxmalıyıq,həqiqətən bu zamana qədər, yəni məşrutədən sonra, altın çağımızdan sonra , kimimiz zehtabi tək olmuşdur, Talbufmı?Axunzadəmı? Şəhriyarmı?Səmədmı? Hamısı Dəyərli insanlar , hamısı sənətkar və dahi biriləri, amma gənəldə baxdığımız zaman, Milli şuur düşəncəsinin aksiyona geçməsində Zehtabin, çox böyük etgisi Olmuşdur, bir tərəfdən akademik kariyeri, siyasal mücadiləsi, araşdırma səviyəsi, və Zindan Çəkmə Sürəsi, hamısı və hamısı zehtabinin tüm yönlü bir karakterinə işarət edir, və hər şeydən önəmli bizi bizə tanıtmağıdır. Onun şagirdləri hələ ki hələ, çoxlu batı ülkələrdə , Türkiyə Və Azərbaycanda, eytim alıb və eğitiblər.altin çağımız dedik, Məşrutədən ta pişəvərinin dönəminə, bəlkə çox insan uyğun görməyə, amma pişəvərinin dönəmindən buyana da dəmir çağ deməliyik, aşırı basqılar, aşırı asimilasiyun, kültürəl yeksan etmək politikası, hamısına rəqmən, bir zehtabı eşiyə çıxıdı, tam bir qaranlıq zamanında , bütün kədərli yaşamı, Iraqda, Siberyada, Tacikistanda, Azərbaycanda,Türkiyədə,.....hamısı və hamısı bir vahid Yoldadır, bir kimlik tanıtması, Türk olmaq, zehtabinin çabası bünün üzərində oldu, İran türklərinin Əski Tarixini Oxuyanlar , Onu Düzgün Anlamazlar, amma Kitabı Doğru Şəkildə araşdırıdığınız zaman çoxlu İtgin Məsələlər Ortaya Çıxır. Doktorun araşdırmaları bir yöndən görkəmli olduğu üçün, çoxlu pan fars Aydınları çəlişgisə salmışdır və Ötə yandan , Qaranlıq Bir Ortamda Türk tarixinin çıplaq Şəkildə millətə sunmuşdur, zira Zehtabi elə bir dönəmdə yaşamış ki oyandırmaq dağ sökməkdən daha çətin bir işiymiş . İran türklərinin əski tarixinə bəzi şəxslər tənqidləri ola bilər, amma düzgün baxmalıyıq, Və İnsaflı Olmalıyıq, bu dəyərli əsərdən başqa nəyimiz olmuş ki?! əgər Zehtabi yaranmasaydı, nə edəcəkdik? Hansı yazımız bu qonuda düzgün səviyədə olmuş, hansı araşdırmacımız bu şəkildə gənəl bir incələmə etmişdir? Rahatcasına yox deyin.Dəmir çağın oratlarına qədər üst ideologiyası markismiydir. O çağda çoxlu dəyərli insanlarımız topluma sunuldu, amma bunlardan neçəsi milli məsələyə zehtabi kimi baxmışdılar.Milli hökümətin içində nə qədər sol düşüncəli insanlar olsada, daban kompelə bir milliyətçı kütlədən oluşmuşdur, zehtabi kimi insanlar tam ortadaydılar, ən yüksək qatda Rus emperyasinin yoldaşları, ən aşağı qatda bilgisiz amma zülm altında avam, necə bunları birləşdırmək noqtası orta kütləyidi və bu orta kütlənin düzgün hərəkət etməsi, milli kimliyin qorumasına çox yardımcı olardı, burda orta kütlədn mənzur bilgili insanlardır, amma o dönəm zehtabi hələ o qədər güclənməmiş, amma çüclü olmaq səmərəsini Iraqda tam düzgün şəkildə gördük, bunu nioyə demək istədim, çünkü bəziləri firqəni anti türk tanıtırlar və bəzilər zehtabini iran-türkcüsü kimi ifadə edirlər, amma tam tərsi zehtabi hər ikisinin ortasında bir şəxsiyət olmuş, həm türkcü və həm azərbyacnı sevən və uğrununda mücadilə verən birisi, nə məqam dalısıca və nə şöhrət peşində, taxma adlarla yüzlərcə məqalə və kitab yayması,bunun qanıtıdır.Zehtabini siyasi araşdıranlar onu çox anlamaz, zehtabini anlamaq için çox duyğusal olmaq lazım, huquq bilmək lazım, zehtabi kimi yaşamaq lazım, zehtabinin ortaya qoyduğu qavaramları , milləti tanımağla anlamaq olar, o basqılar içində , bu şəkildə diqqətli davranmasının təqdir etmək lazım.Mən zehtabidən çox danışmıyacam, zatən çox az bir zamanda bu balaca yazını hazırlamaya çalışdım, sadəcə bunu deməliyəm, zehtabi bir oratq noqtədir, solu sağa, ulusalcını azərbaycançıya , kütləni aydına bağlamağ üçün, o bir ortaq noqtədir, hər məsələdə, buna görə ki millətin üçün çalışmalısan, millət sənin üçün deyil, və zatən onun cənazəsində bu göstərgələri hamımız gördük, zehtabinin yaratdığı hər şey bir inqilabdır, əlbəttə çox düzgün və yavaş bir prasesdə, bəlkə oyanış və özə qayıtmaq sürəcində, onun ən kiçik işi, yəni türkcə öyrətim kursları, indiki milli hərəkətinin təmələrinin oluşmasına çox etgisi olmuşdur, sadəcə bu yetər.Sonunc bu ki zehtabini anlatmaq çox rahat, anlamaq zordur, zehtabini anlamaq onun yolunu davam etməkdir, təəssüflə bəzən bu yoldan çaşırıq, araşdırma yerinə tartışma, dava.......eğitim yerinə, qara propaqandaçılıq, örgütləşmə yerinə, facebook , net, şəkil hərəkati , milləti düşünmək yerinə,şöhrətbazlıq və sonunda türk olmaq yerinə .......Zehtabiləri Silmək Prasesi...........azərbaycan yerinə, bu kəndli o kəndli olmaq, amma unutmamalıyıq ki bizi bu araya gətirən zehtabidir, diridə olmasa, sağı, solu, türkçüsü, azərbaycançısı, hamısı bir araya gəlib, çünkü hamısı o xalq, o yaralı xalqa bir şey istir, zənciri qırmaq, və ....şahin zənciri qıracaq, amma bir zehtabilə deyil...miliyonlarca...Mən umumiyətcə Zehtabiyə Sadəcə tarixsəl baxmayı sevmirəm, amma tarixi baxışı önəmsirəm. Zehtabinin İran türkləri tarixi kitabi, Güney Azərbaycana ən dəyərli və ilk yayımlanan xəzinələrdəndir.Mannalar, Urarturlar, Hititlər, lulubilərin tarixini , diyakonovdan va tuinbidən daha gözəl və ətraflı izah edən bir kitab. Tuinbinin urarturlar və erməni məsələrinə baxışını ən düzgün şəkildə incəliyib və izah edən bir pitikdir. Zehtabinin incələmələri minlərcə kitaba qaynaq olmuşdur, məcidzadələr , kambəxşlər, çoxlu bilgilərini zehtabidən alırkən, əks yöndə çalışıb və Azərbaycan Tarixini Yox etməyə çalışıblar. O zamana qədər hansı bir tarixci və Türk, Saravda Razlıq kətibəsini incəliyibdir? Azərbaycanda yayılan bütün urartu abidələri və qalalarını, təəssüflə kimsəmiz yox və bunu zehtabi tək başına edibdir. Zehtabiyə qədər urartular bir erməni hakimiyət tanıtılmışdır, amma zehtabi bu boykotu sındırıb və onların gərçək tarixini üzə çıxartmışdır.hal bu ki bəzən fars tarixçıləri bu məsələ ilə dalğa geçmişlər, bu onların necə qızancılıq və ırkçılıq yanıtıdır.Zehtabi dil baxımındanda ilkələri qoymuşdur, onun təlim etdiği öyrəncilər, minlərcə Türk evladını öz ana dillərilə tanış etmişlər, təbriz və urmu telviziyasında türkcə kələmələrin yayılması, hamısı onun oyrəncilərinə öyrətdiği dil elmindən qaynağlanmışdır. Eləcə hər yerə baxdğımız zaman onun ayağ izlərini görməkdəyik. ədəbiyatda, tarixdə, filologiyada, siyasətdə və nələr və nələr....O insan ki Deyərdi Mən kərəcdə butaya namazimi kamil qılaram, özündə və içində böyük bir azərbaycan sevgisinin mesajini yazıb və göndərmişdir, hal bəziləri bilsinlər ya bilməsinlər. Zehtabi və ona tay şəxsiyətlərin çoxu milli hökəmətin yaratdığı azad və bilincli oratmın səmərəsidilər. Baxdığımız zaman əgər azərbaycan milli hakimiyəti tam bizim istədiyimiz kimi Türk məsələsinə yanaşmamışsada, böyük və dəyərli insanları Azərbaycana təhvil vermişdir. Bu xəzinələrin sonları zehtabi kimi dəyərli insanlarla bitilməməliydi., təəssüflə baxdığımız zaman , dəmir çağın ortalarında böyük bir qopuğluq var, milli hökümətdən sonra, qaçqınlıq məsələləri, ölümlər və qorxusunun yaranması, təmamilə bir rəxvətə səbəb olmuşdur, ondan asılı bu zaman qədər onlara tay, ideologiyasini qəbul edək ya etmiyək yaranmamışdır.Siyasi yöndə, kültürəl yöndə və hətta ədəbiyatimizda boşluğlar, o qopuğluğdan asılıdır. Necə olur ki bir heydər baba şeiri, bir su deyibdir mənə əvvəldə anam ab ki yox, böyük bir inqilablar yaradır və hər kəsin ağzında gəzir, amma bu zamanin şairlərindən heç bir qalıcı əsər yox, təbii ki var, amma yayılmır.Bunlar hamısı bundan qaynağlanır ki aydınlar özləri və millət arasındaki qopuğluğu qəbul ediblər, onu doldurmaq yerinə uzaqlaşıblar, baxdığımız zaman Zehtabi kimiləri xalq içində olub və xalqın ağzının dadını bilib, o şəkildə yazıb və pozublar, bəlkə sosyalisimin təkcə xeyirli işi bu olubdur, yəni xalq və toplum içində olmaq və onlarla bərabər hərəkət etmək, amma bu türlü yanaşmalar gənc nəsildə getdikcə boyasını pozur. Inhisar və məncilik baş qaldırıb, hal bu ki zehtabi kimi şəxslər alçaq könüllük qaydasilə birgə yeriyib və çoxlu gənc insanlarımızın yazılarını təshih edib və onlara yardımcı olmuşlar, indilik bu məsələ çox zəifləşibdir, daha təməlli yazılar yox, hətta taxma adla yazanlar bu dərəcədə çalışammırlar, hal bu ki geçmişdə ən güclü incələmələr taxma adlara mənsubdur, çünkü hamı milləti və yolu düşünürdü, zehtabinin məzlum Qalması bundan qaynağlanır, necə ki əbulfəz elçibəy yaxud əhməd cavad kimi dahilər bu zülmə məruz qalıblar, zehtabinin xatirəsini canlandırmaq sadəcə onun şəkilini paylaşmaq yaxud etkinlik tutmağla bitmir, ən önəmli görəv bizə yeni nəsildən minlərcə zehtabi yaratmağdır.Ey qurbətdəki ərlərXoşbəxtlik axtarmayiniz özgə diyardaYersizdir səadət diyə dünyanı dolanmaqAzadlıq o toprağdadır ancaqLazımdır o torpağda itən gövhəri tapmaq....Nə bənzəyir bu şeirəOrda bir yol var uzaqdaO yol bizim yoldurVarmasaqda, dönməskdəO yol bizim yol...............ancaq bir yol, bütün yollar ona axır, bəy ya Zehtabi..........ikisidə ona axır...Oda Türkün Azərbaycanıdır.
Rza Talibi Geri dön |