Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda internet portallarda şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda internet portallarda şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək

Azərbaycanda internet portallarda şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək


Azərbaycanda internet portallarda da şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, internet portallarda da şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək.

Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internet informasiya vasitələrində də yayılan məlumatlara görə tətbiq olunacaq.

Bu qanun pozuntusuna görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ağır hallarda isə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Geri dön