Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakıda "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun açılış mərasimi olub
Bakıda "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun açılış mərasimi olub |
Bu gün Bakıda 1-5 may 2013-cü il tarixlərdə ölkəmizdə keçiriləcək "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun açılış mərasimi olub.
Açılış mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər. "Tour d'Azerbaidjan" - Azərbaycanın paytaxtı Bakı şəhərində start götürəcək və ölkənin yeddi rayonunun ərazisində keçiriləcək", - açılış mərasimində Fazil Məmmədov bildirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunub. Turun açılışı və iştirakçı komandaların təqdimatı Dənizkənarı Milli Parkda keçirilib. Velosiped turu may ayının 1-də Heydər Əliyev Mərkəzinin qarşısında start götürəcək, Heydər Əliyev Mərkəzi - metronun "Koroğlu" stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 km-dir. Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcək və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. May ayının 3-də yarış iştirakçıları Qəbələ şəhərindən start götürərək Oğuz rayonundan keçməklə Şəki şəhərinə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kilometr) qayıdacaqlar. May ayının 4-də tur iştirakçıları Qəbələdən start götürərək, İsmayıllı rayonundan keçməklə Şamaxı şəhərinə yollanacaqlar. İdmançılar 116 kilometr məsafə qət edib dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 kilometr uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakı şəhərinin mərkəzi küçələri və prospektlərindən keçərək Hökumət Evinin qarşısında başa çatacaq. Geri dön |