Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Güney Azərbaycan Departamentinin, AMEA-nın xanım işçisinin təbrizdə həbs edildiməsinə qarşı bəyanatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > MDHP Güney Azərbaycan Departamentinin, AMEA-nın xanım işçisinin təbrizdə həbs edildiməsinə qarşı bəyanatı

MDHP Güney Azərbaycan Departamentinin, AMEA-nın xanım işçisinin təbrizdə həbs edildiməsinə qarşı bəyanatı


Məlum olduğu kimi, Azərbaycan Milli Elmilər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid 30 Aprel 2013-ci il tarixində naməlum səbəbdən İran rejiminin təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs edilib. X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin yardımçısı, adının isə Şamax olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Deaprtamenti bəyan edir ki, İran rejiminin təhlükəsizlik orqanları dəfələrlə Müstəqil Quzey Azərbaycan Respublikasının vətəndaşlarını alim və şairlərini qondarma itihamlar uyduraraq həbs edir və onlara qarşı təhdid və təziqlər göstərir. Hətta həbs olunuan soydaşlarımız haqda Azərbaycan Respublikasının dipolmatik nümayəndələrin məsələ ilə əlaqədar sorğularınada vaxtında və qane edici cavab vermək istəmir.
Bütün bunlar onu göstərir ki,İran rejimi Azərbaycan Dövlətilə münasibətlərində səmimi deyil.
Artıq hamıya məlumdur ki, İinkişafda olan Azərbaycan republikasının günü gündən güclənməsindən İran rejimi ciddi qorxu keçiri.
MDHP hesab edir ki,İran rejiminin Güney Azərbaycan Milli azadlıq hətrəkatının qarşısını alamq üçün bütün imkanlarından istifadə edərək Quzey Azərbaycanın yazıçı,alim,ziyalı,jurnalist və mədəniyyət xadimlərinin Güney azərbaycna səfər etməklərinə ngəl törətsin və bu hərəkətlərilə Bütöv Azərbaycannın milli oyanışına manelər yaratsın.Lakin İran rejiminin bu əməlləri Azərbaycan türklərinin bötövləşmə mücadiləsinə heçbir mənfi təsiri olmaycaq,əksinə bütün dünya anlayacaq ki öz iradəsi olmadan bölünmüş bir xalq bötövlük uğrunda birlikdə mücadilə aparır və heç bir təhdid və təziqlər bu millətin birlik iradəsinin qarşısında dayana bilməyəcək.
MDHP Güney Azərbaycan Departamenti İran rejimindən tələb edir ki,30.Aprel.2013-ci il tarixində Təbrizdə həbs etdiyi azərbaycanlı alimi Xalidə Xalidi və onunla bərabər Təbrizə səfər etmiş köməkçisini,4 nəfər Güney azərbaycanlı ədəbiyatçı və incəsəntət ustalarını dərhal azadlıqa buraxsın və rəsmi dövlət səviyyəsində bu məsələyə aydınlıq gətirsin.

MDHP Güney Azərbaycan Departamenti
Bakı 01.May 2013

Geri dön