Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bundan sonra necə danışmalıyıq?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bundan sonra necə danışmalıyıq?

Bundan sonra necə danışmalıyıq?


Şifahi danışıq dili vahid lüğətlə tənzimlənəcək
Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Azərbaycanda danışıq dilinin, o cümlədən televiziyada, radioda danışıq dilinin tənzimlənməsinə yardım edən orfofonik lüğət hazırlayır


İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib ki, artıq 7 nəfərdən ibarət xüsusi qrup bunun üzərində iş aparır.
Veysəlli deyib ki, orfoqrafiya lüğəti Azərbaycan dilinin normaları əsasında yaranaraq yazılı dili tənzimlədiyi kimi, orfofonik lüğət də hazırlanaraq danışıq dilini tənzimlənməlidir.


Onun sözlərinə görə, hazırda KİV-də Azərbaycan dilinin işlənmə normaları ciddi şəkildə pozulur. Danışıq dilində intonasiya, vurğu, ayrı-ayrı səslərin artikulyasiyası ilə bağlı ciddi pozuntular müşahidə edilir.


Veysəlli qeyd edib ki, bu lüğət danışıqda vahid, təmiz Azərbaycan dilinin işlənməsinə xidmət edəcək.
O qeyd edib ki, lüğət hazırlandıqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcək. Razılıq əldə edildikdən sonra o, kitab kimi çap ediləcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənərək normativ sənəd kimi Azərbaycan cəmiyyətinə təqdim ediləcək.

Geri dön