Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ramiz Mehdiyevin İran səfərinə fərqli münasibətlər...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ramiz Mehdiyevin İran səfərinə fərqli münasibətlər...

Ramiz Mehdiyevin İran səfərinə fərqli münasibətlər...


Rəsmi Bakı onun Qərb əleyhinə bəyanatını təkzib etdi; İran isə növbəti qalmaqallı fikirlərini yaydı.
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ramiz Mehdiyevin İrana səfəri çərçivəsində bu ölkənin rəsmi xəbər agentliyi IRNA tərəfindən yayımlanan Qərb əleyhinə fikirlərini təkzib edib. “Təəssüf ki, İran mətbuatında müzakirə predmeti (movzu, qonu) olmayan bəzi mövzularla bağlı məlumatlar verilir.
Belə addımların nə səbəbdən atıldığı sual doğurur. Məsələ bundadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran mətbuatına heç bir müsahibə verməyib. Buna görə də belə məlumatların İran mətbuatına ötürülməsi sual yaradır. Axı görüşlərdə müzakirə mövzusu ikitərəfli münasibətlər olub”, - deyə Novruz Məmmədov bildirib.
Mehdiyevin İran prezidenti Mahmud Əhmədinejad və başqa rəsmi şəxslərlə görüşdə Qərbi ittiham edən fikirlər işlətdiyi Bakıda təkzib olunduğu bir vaxtda İranın “Aran News” agentliyi məsələni yenidən aktuallaşdıran (baznegəri) xəbər yayıb.
Agentlik Ramiz Mehdiyevin İran parlamentini sədri Əli Laricani ilə görüşündən hazırladığı xəbərdə bildirir ki, Azərbaycan PA rəhbəri bəzi ölkələrin Bakı-Tehran əlaqələrindən narahat olduğunu və onu pozmağa çalışdığını deyib.
Agentlik yazır ki, görüş zamanı Əli Laricani Azərbaycanla İran arasındakı tarixi və mədəni bağlılıqlara toxunaraq deyib: “Iki qonşu və müsəlman ölkənin xalqları və məsulları bir-birlərinə qarşı dərin yaxınlıq və dostluq hiss edirlər və bunu daha da dərinləşdirmək lazımdır.
İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlıqların daha da genişləndirilməsini dəstəkləyir.
Region (bölgə) ölkələri öz problemlərini bir-birləri ilə yaxın əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdirlər. Bu istiqamətdə İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır".
Xəbərə görə, Ramiz Mehdiyev Tehrana səfərindən razı qaldığını bildirib, İranı Azərbaycanın dostu və qardaşı adlandıraraq deyib: “Azərbaycan Respublikası və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycan Respublikasının tarixi İranın ümumi tarixinin önəmli bir hissəsi hesab olunur.
Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar böyük potensiallar və mənafelərlə birgə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bu zəminlərdən faydalanmaq lazımdır.
İran İslam Respublikasının rifah və inkişafını onun müstəqillik və ərazi bütövlüyünə hörmətlə yanaşı öz ürəyimizin arzusu bilirik və inanırıq ki, iki ölkə arasında dostluq münasibətlərinin artırılması istiqamətində heç bir səyi əsirgəmək lazım deyil.
İki ölkənin dinc qonşuluq münasibətlərindən kənar bəzi ölkələr iki müsəlman qonşu ölkənin dost əlaqələrini əngəlləməyə cəhd göstərirlər. Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır".
Məlumatda deyilir ki, Ramiz Mehdiyev Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində “Iranın tutduğu gözəl mövqeyə görə öz təşəkkürünü bildirib” və münaqişənin həlli üçün İranın sona kimi əməkdaşlıq etməsini istəyib.
Əli Laricani Ramiz Mehdiyev vasitəsilə azərbaycanlı həmkarı Oqtay Əsədovu İrana dəvət edib.
Bu arada hökumətyönlü politoloq (siyasətçi) Rasim Musabəyov İranı ittiham edib. Məlumat üçün deyək ki, İRNA Ramiz Mehdiyevin fikirlərini yayanda Rasim Musabəyov bunu İran mediasının növbəti təxribatı ola biləcəyini söyləmişdi.
Dünən isə politoloq haqqin.az saytına açıqlamasında qəti şəkildə bildirib ki, bu təxribatdır, özü də çox primitiv (ibtidai) şəkildə düşünülmüş təxribatdır. “İran dini-ideoloji dövlətdir. Onun təbliğati manipulyasiyaları (dəstkari) həm daxili, həm də xarici auditoriyaya (muxatəblərə) hesablanıb. Daha doğrusu İran bununla öz əhalisinə və dünyaya prosesləri özlərinin görmək istədiyi təqdim edirlər. İran mətbuatının hərəkəti primitivdir və asan başa düşülür”.
Rusiyalı politoloq Modest Kolerov isə bildirib ki, Azərbaycan hakimiyyəti eyni vaxtda Ramiz Mehdiyevi İrana, başqa bir qrup emissarı (göndərilmiş) isə ABŞ-a (Amerika Birləşmiş Ştatları) göndərməklə səhvə yol verib. “Azərbaycanın bu qocaman siyasətçisinin danışıqların predmeti ilə bağlı dərhal öz versiyasını səsləndirməli olduğunu bilməməsi səfərin tələsik, hazırlıqsız və qəfil olduğunu göstərir. Bu isə o deməkdir ki, səfərin bütün riskini Tehran yox, Bakı yaradıb”.

Geri dön