Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Avropa Azərbaycandan 30 mlrd. kubmet qaz istəyir
Avropa Azərbaycandan 30 mlrd. kubmet qaz istəyir |
Şahdəniz» konsorsiumu Avropaya qazın daşınması ilə bağlı nəqletmə təkliflərinin qiymətləndirilməsinə başlayıb
«Şahdəniz» konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumunun hüquqi öhdəlik yaradan nəqletmə təkliflərini qiymətləndirməyə başlayıb. Yatağın işlənməsi layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən APA-ya verilən məlumata görə, bu, Cənub Qaz Dəhlizinin həyata keçməsində növbəti mühüm bir addımdır: «Bu konsorsiumlar «Nabucco» Qaz Boru Kəməri («Nabucco Gas Pipeline International») və TransAdriatik Boru Kəməri (TAP) — 2013-cü ilin mart ayının sonunda qazın nəql edilməsi ilə bağlı öz ilkin təkliflərini təqdim edəndən bəri «Şahdəniz» konsorsiumu ilə geniş danışıqlar aparır». Həmin təkliflər artıq onların səhmdarları tərəfindən təsdiq olunub və beləliklə, son və hüquqi öhdəlik yaradan təkliflərə çevrilib. Bundan başqa, «Şahdəniz» konsorsiumu Avropa ərazisində 15-dən artıq müxtəlif qaz alıcısından ildə 30 mlrd. kubmetrdən çox qaz satışı təklifi də alıb. Boru kəməri variantlarının kommersiyalılığını və müvafiq bazarları müəyyənləşdirmək məqsədilə qaz satışı təkliflərinə nəqletmə təklifləri ilə yanaşı baxılacaq. «Nabucco Gas Pipeline International» və TAP Mərkəzi və Cənubi Avropadakı bazarlara ildə 10 mlrd. kubmetr qaz daşımağı təklif edir. «Şahdəniz» konsorsiumu hazırda bu təkliflərin qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir. Qeyd edək ki, «Şahdəniz-II» layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. «Şahdəniz-II» layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir. Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının ikinci mərhələdə işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. «Şahdəniz» qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir. Azərbaycan qazı TAHAP kəməri ilə Türkiyənin Avropa ilə sərhədlərinə çatdırıldıqdan sonra iki kəmərlə Avropaya satıla bilər: TAP və ya «Nabucco» ilə. İki marşurutdan biri seçilməlidir. Məhz onlardan biri Trans-Anadolu qaz boru kəmərinin davamı olacaq. «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsinə hazırlaşan konsorsium 2013-cü ilin ortalarınadək qazın Avropaya nəqli ilə bağlı iki marşrutdan birini seçəcək. Konsorsium Avstriyayadək qaz kəməri tikintisini nəzərdə tutan «Nabucco West» və İtaliyaya istiqamətlənən Transadriatik boru kəməri (TAP) layihələri arasında seçim etməlidir. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaz İxrac İdarəsinin rəisi Kamal Abbasov bildirib ki, seçim qazın kəmərlə daşınması tərifləri, qazın mühüm bazarlara çıxarılması imkanları və texniki detallardan asılı olacaq. ARDNŞ nümayəndəsi təsdiqləyib ki, artıq 2018-ci ildə Azərbaycan «Şahdəniz» yatağından hər il 16 mlrd. kubmetr qaz ixrac edə biləcək. Bunun 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyəyə ixrac olunacaq. Çox güman ki, «Habucco» layihəsi baş tutmayacaq. Azərbaycan özü də Cənub dəhlizində potensial marşrut kimi Transadriatik Boru Kəməri (TAP) layihəsini görür. TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir. Azərbaycanda qaz hasilatında iştirak edən bütün iri şirkətlər, o cümlədən BP, «Statoil», «Total» və başqaları TAHAP layihəsində də pay almaq arzusunda olduqlarını açıqlayıb. Trans-Anadolu qaz kəməri layihəsi ilə bağlı işlər isə plana uyğun olaraq gedir. Artıq TANAP şirkəti yaradılıb, işçilər qəbul olunub, kəmərin keçəcəyi torpaqların müəyyənləşdirilməsi prosesi gedir və layihənin ekoloji təsirlə bağlı hesabatı hazırlanır. Geriyə yol yoxdur, yalnız irəliyə — Avropa qaz bazarına doğru irəliləmək lazımdır. TANAP-ın inşaat işlərinin 2017-ci ilin sonu — 2018-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Yəni, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi işə düşəndə buradan çıxarılan qazın nəqli üçün TANAP kəməri hazır olacaq. Gələcəkdə digər yataqlardan çıxarılan qazın nəqlini də təmin etmək üçün TANAP kəmərinin nəqletmə imkanları genişləndirilə bilər. Azərbaycan üzü Avropa bazarına yönəlik böyük enerji layihələrinin iştirakçısıdır. Hazırda gündəmdə qazla bağlı layihələrdir. Beş il ərzində reallaşması nəzərdə tutulan TAHAP 7 mlrd. dollar deyil, lap 10 milyard dollar da olsa reallaşdırılmalıdır. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunan təbii qazı artıq 2019-cu ildə Avropaya çatdırmağı planlaşdırır. ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov bildirib ki, bu məqsədlə «Şahdəniz» konsorsiumuna daxil olan şirkətlər bu ilin oktyabr ayında müvafiq investisiya qərarı verməlidir: «Bunun nəticəsində 2018-ci ilə qədər «Şahdəniz-2″ layihəsini reallaşdıra və 2019-cu ildə qazı Avropaya çatdıra bilərik». E.Nəsirov deyib ki, Avropa özünün qazla təminatı məsələsinə siyasi məsələ kimi baxır: «Amma həm ARDNŞ, həm də konsorsiuma daxil olan şirkətlər bu məsələyə siyasi sövdələşmə kimi deyil, kommersiya əməkdaşlığı kimi yanaşır». E.Nəsirov onu da əlavə edib ki, bu ilin iyul ayında Azərbaycan qazının Bolqarıstan və İtaliya vasitəsi ilə də Avropaya nəqli ilə bağlı qərar verilə bilər. «Şahdəniz» qazının genişmiqyaslı ixracı üçün yekun nəql marşrutu kimi TAP seçilərsə, ARDNŞ, BP və «Total» şirkətləri bu boru kəməri layihəsində 50%-lik iştirak payına sahib olacaq. Tərlan Geri dön |