Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran hökuməti etnik məsələdən çox narahatdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət, Müsahibə > İran hökuməti etnik məsələdən çox narahatdır

İran hökuməti etnik məsələdən çox narahatdır


İlan Berman: «Ölkədə gündən-gündən artan narazılığın əvvəl-axır özünü yenidən büruzə verəcəyi qorxusu var»


ABŞ Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman son vaxtlar Azərbaycan və İran arasında yaranmış gərginlik, İrandakı qeyri-fars millətlərdən və iyunun 14-də keçiriləcək prezident seçkilərindən danışıb.
- Son vaxtlar Azərbaycan və İran hökumətləri arasında gərginlik artıb. Bu gərginliyin kökündə nə dayanır?
- Tarixi perspektivdən baxdıqda burada yeni heç nə yoxdur. Azərbaycan torpaqlarının Şimali və Cənubi Azərbaycan arasında parçalanması İranın Rusiya ilə tarixi münasibətlərinin məhsuludur. Bu problemi kəskinləşdirən başlıca faktor isə İran hökumətinin azərbaycanlılara qarşı zülmüdür. Üstəlik, seçkilərin yaxınlaşması ilə İranda siyasi mühit canlanıb. İran hökuməti etnik vəhdətin pozulmasından çox narahatdır. Ona görə də etnik gərginliklərə çox ciddi və aqressiv reaksiyalar verir, halbuki bu gərginlik uzun müddət mövcud olub.
- Siz İranda Azərbaycan türklərinin üzləşdikləri problemləri qeyd etdiniz. Adətən, İran haqda söz düşəndə biz nüvə proqramı, qlobal terrorizm barədə eşidirk. Siz rəsmi Vaşinqtonun İranda etnik məsələyə verdiyi siyasi diqqətdən razısınızmı?
- Xeyr. Siz düzgün qeyd etdiniz. İran əsla etnik monolit deyil. Bu ölkə müxtəlif etnik qrupların mürəkkəb təmasları əsasında fəaliyyət göstərir. İrana gəldikdə ABŞ adətən konkret məsələlərə diqqət yetirir. Biz hər şeydən öncə İranın nüvə proqramından narahatıq. Əmin olmaq istəyirik ki, nüvə proqramı şəffafdır və arzuedilməz istiqamətdə inkişaf etmir. Amma İranın reallıqda necə olduğu haqda bizdə aydın təsəvvür yoxdur. Buradakı müxtəllif millətləri qayğılandıran məsələlər haqda məlumatımız məhduddur. ABŞ hökuməti bu səviyyədə işləmir.
- Siz dediniz ki, seçkilər yaxınlaşır. Bu seçkilərdən nə gözləmək olar?
- Çox maraqlıdır ki, İranın ictimai sifəti olan Mahmud Əhmədinejad artıq namizəd ola bilməz. Onun hakimiyyət dönəmi bitib. Yeni qrup namizədlər meydana çıxıb. Onların hamısı rejim loyalistləridir ki, onlar ali dini rəhbərin legitimliyinə və hakimiyyətinə xidmət edəcəklər. Onsuz da onların bundan başqa seçimi də yoxdur. Digər tərəfdən, rejim Qərbin artan təzyiqlərilə üzləşir. Beynəlxalq baxımdan İran təcrid olunub. Bu mənada seçkilər rejimin legitimliyi üzərində referendum olacaq. Ona görə də onlar narahatdırlar və seçki prosesinə tam nəzarət etməyə çalışırlar.
- Deyək ki, siz Tehranda hakimiyyətdə oturmusunuz. Sizi ən çox narahat edən məsələ hansı olardı?
- İran hökuməti son iki il yarımda nigaran şəkildə regionda baş verənləri izləyir, «Ərəb baharı»nın başlanğıcında Tehranda belə bir eyforiya var idi ki, bu hərəkatlar islamçılığın güclənməsinə işarədir. Amma İran rejimi gözəl başa düşür ki, «Ərəb baharı» İran baharından sonra gəldi. İqtisadiyyat pisləşdikcə, sanksiyalar daha çox ağrıtdıqca İranda müxalif sentimentlər güclənir, azalmır. Digər tərəfdən, ölkədə etnik qruplar artan şəkildə mövcud duruma etiraz edirlər. Belə bir qorxu var ki, İranda gündən-gündən artan narazılıq əvvəl-axır özünü yenidən büruzə verəcək. Hökumət bunun baş verməməsi üçün əlindən gələni edir. Etnik regionlardakı qeyri-sabitlik də onları çox narahat edir və burada ehtirasların qızışmaması üçün onlar səy göstərəcəklər.
Turqut

Geri dön