Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan məktəbləri silsiləsindən "ULUXANLI KƏNDİ"nin tarixi qaynaqları və "TÜRK YAZI TƏFƏKKÜRÜ TARİXİ HAQQINDA" qeydlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Qərbi Azərbaycan məktəbləri silsiləsindən "ULUXANLI KƏNDİ"nin tarixi qaynaqları və "TÜRK YAZI TƏFƏKKÜRÜ TARİXİ HAQQINDA" qeydlər

Qərbi Azərbaycan məktəbləri silsiləsindən "ULUXANLI KƏNDİ"nin tarixi qaynaqları və "TÜRK YAZI TƏFƏKKÜRÜ TARİXİ HAQQINDA" qeydlər


Qərbi Azərbaycanın qədim tarixi haqqında öz xalqına böyük mənəvi sərvət bəxş edən vətənpərvər alimlər: Q. Qeybullayevin “ Qədim türklər və Ermənistan”, S. Şükürovun “İrəvanın birinci-əllinci xanı”, Ə. Ələkbərlinin “Qərbi Azərbaycan” kitabları və digər Qərbi Azərbaycanın tarixi haqqında elmi məqalələr yazan alimlərimizin əsərləri geniş elmi-tarixi məlumatlar verir. Bu əsərlərdən istifadə edilməklə orta məktəblər üçün tarix fənninin bir bölməsi kimi “Qərbi Azərbaycan” dərsliyi hazırlanıb tədris olunması zərurəti vardır. Həmin əsərlərdən istifadə edərək keşmiş tariximizi səthi olaraq nəzərdən keçirək və nəzərdə tutduğumuz Uluxanlı yaşayış məkanının tarixi haqqında araşdırma aparaq.
Əvvəlcədən “Ata yurdu” cəmiyyətinin təsisçisi xalqın sevimli oğlu, vətənpərvər ziyalı Eldar Həsənovun xatirəsini yad edib onun ruhuna Allahdan rəhmət oxuyuram. Eldar Həsənov “Zülmət səltənətində məşəl. Uluxanlı məktəbi-125 il” kitabında xatirələr və yaddaşlar əsasında yazdığı yazılarda maddi-mənəvi tariximizin yad olunması haqqında dəyərli məlumatlar vermişdir...
İrəvan xanlığnın Uluxanlı kəndinin tarixi İrəvan şəhərindən də əvvələ gedib çıxır. Uluxanlı tayfa-qəsr yaşayış məskəni kimi e. ə. meydana gəlmiş və sonralar kiçik qala-şəhər formasını almış, zaman keçdikcə böyük qəsəbə adı ilə tarixə düşmüşdür. Hələ e. ə. Urartu çarı Argişti Aza ölkəsinə hücüm edərkən qələbəsini tarixə salmaq üçün qayalar üzərində işğal etdiyi şəhər və əyalətlərin adlarını yazdırmışdır. Tarixçi alim Q. Qeybullayev apardığı tarixi tədqiqatlarında türkdilli dövlət olan Urartu mənbələrindən gəldiyi nəticə olaraq göstərir ki, Argişti Kiçik Qafqaz dağlıq ərazisində 19 “ölkə” tutmuşdur: (qədim dövrlərdə mərkəzi qala-şəhərləri və ətrafında bir neçə kəndləri olan kiçik mahallara ölkə deyilirdi) Kexuni, İştikuniv, Aliştu, Şantua, Aydaman, Aria, Eria, Azameruni, Ateza, Ela, Elar, Erieltua, Dara, Quria, Zama, Qurqameli, İrqima, Pireya, Şila, Rişua, Uidia, Andamania, Alzira, Aeza və s.
Urartu mənbələrində, eyni zamanda göstərilir ki, Argişti Azlar ölkəsini tutduqdan sonra həmin ərazidə İrpuni (Erabunu), Qanlıtəpə, Argiştihinili (Argişti-han- eli) adlı qalalar tikdirmişdir. Belə bir ehtimal irəli sürmək olar ki, “ulu” qədim-böyük mənasını verdiyinə əsaslanaraq sonralar Argişti böyük hökmdar qəbul edilmiş, Argişti-han-eli\Ulu xan eli formasına düşmüşdür. Daha sonralar qalanın adı qısaldılaraq Uluxanlı qalası şəkili almış və müharibələr nəticəsində qala dağıldıqdan sonra isə yaşayış məskəni kimi mövcud olmaqla Uluxanlı adlanmışdır. Tarixi mənbələrdə göstərilən Aşşur dövləti də İrəvan xanlığı ərazilərinə təsadüf edilir. Belə ki, Aşşur- Assur-Azur “Az”-toponim, “ur” isə qədim türkdilli Şumerlərdə “varis” deməkdir. Bundan əlavə, qədim şumerlər ərazisində Ur şəhəri də mövcud olmuşdur. Bəzi avropa tarixçilərinin qənaətinə görə qədim tarixdə guya türkdilli olmayan Aşşur- Assur-Azur dövləti Akkad, Lulibi, Turkki dövlətləri ilə müharibələr etmişlər... yanlış təqdimatdır, çünki Assurlar da qədim türkdilli olmuşlar. Buna sübut qədim Aşşur-Assur-Azur-Az-ur toponim və hidronimlərinin müasir türk dili ilə səksən-doxsan faiz uzlaşmasını göstərmək olar.
Qeyd etdiyimiz kimi, qədim şəhərlər qala-müdafiə tikililəri arasında inşa edilmiş hökmdar tərəfindən və tayfa-qəsr yaşayış məskənləri isə cəngavər tayfa başçıları tərəfindən idarə olunmuşdur. Tarixi keçmişlərdən xeyli önə gələrək, professor Sadiq Şükürovun araşdırmasına əsaslanaraq Uluxanlı yaşayış məkanında xalq bədii təfəkküründən gələn bir dastanı nəzərdən keçirək: “Bu yerdə belə bir adət də varmış, şəxs özü mindiyi atı qardaşına da verməzmiş. Bu namusdan sayılarmış”. Uluxanlıların “ Uluxan ata bitikçi” dastanı tayfa şəcərəsini özündə saxlamışdır. Ağıllı, düşündürücü fikirlərinə, nəsihətamiz hekayətlərinə görədir ki, Vəsrin sonu və VI əsrin əvvəllərində pars şahı dastanı türkcədən parscaya tərcümə etdirmişdir, dövlət idarəçiliyində ondan qədərincə faydalanmış və tarixə “Ənüşirəvan-adil” kimi düşmüş, xalqın sevimlisi olmuşdur...
Bəşər mədəniyyəti tarixində qədim türklərin fikiri əşya üzərində əks etdirmək, yəni danışıq səslərinin və gözlə görünən əşyaların lövhə üzərində əks etdirmək təfəkkürünə malik olmasına e. ə. birinci Şumer mədəniyyətində rast gəlirik. Şumerlərin icad etdiyi mixi yazı sistemi sonralardan qrafik yazı, heroqliflərin və s. yazı növlərinin meydana gəlməsində təkamül rolunu oynamışdır. Sonralar Finikiya ( indiki latın əlifba yazının əcdadı) qrafikasının da təkamülündə mixi heroqlifləri durur. Şumerlərdən qalan piktoqrafik-şəkli yazı indiki zamanda da ictimai-sosial həyatda, səhiyyədə - piyaləyə ilanın zəhər buraxması, küçə hərəkət nişanlarında-piyada keçiddən keçməsini göstərən nişanlar, “siqnal qadağandır” və s. kimi simvolikalar istifadə olunmaqdadır...
Əfsuslar olsun ki, türklər də yəhudilər, yunanlar kimi yazı mədəniyyətini inkişaf etdirib tarixi varlıqlarında və dövlət həyatında baş verən hadisələri ardıcıllıqla bəşəriyyətə təqdim etməmişlər. Əsasən qədim yunanlar Şumerlərin icad etdiyi yazı və elmi anlayışları sistem halında bəşəriyyətə elm sahələri olan fizika, riyaziyyat, bədii ədəbiyyat, biologiya və s. ictimai şüur formasında təqdim etmişlər. Makedonyalı İsgəndərin hərbi yürüşlərində sərkərdələrlə yanaşı yunan alimləri də hərəkət etmişlər və tutulan ölkələrin mədəniyyəti, coğrafi xüsusiyyətləri, etnik əlamətləri haqqında əsərlər yazmışlar. Makedoniya hakimiyyətini daha çox müdafi edən çoxallahlı yunan dini təfəkkürünə zidd olan təkallahlı Zərdüştçülüyü təbliğ edən “Avesta” insanların bərabərçiliyini və Allahın bəşərin fövqündə durmasını söyləyirdi. İsgəndərin əmri ilə yandırılıb məhv edilən “Avesta” mixi yazısı ilə yazılmış əxlaq təfəkkürü və hüquq anlayışı formasının ən qədim abidəsi olmuşdur. Əlbəttə, “Avesta” əvvəlcə yunan alimləri və ziyalıları tərəfindən mükəmməl oxunduqdan sonra məhv edilmişdir, ona görə ki, “Avesta”dan yunanların əsərlərində istifadə etdikləri anlayışlar və təfəkkür mənbələri üzə çıxmasın. Kim bilir, bəlkə də indi yunan alimlərinin kəşf etdiyi elmi qanunlar kimi bizə təqdim olunan təfəkkür və anlayışları vaxtı ilə Şumer, Urartu və b. türk beyinlərinin məhsulu olmuşdur?..
Bir daha əfsuslar olsun ki, fatehlər: Çingizin, Əmir Teymurun da ətrafında alimlər, yazarlar olmadığından indi onlar haqqında doğru-düzgün məlumatlar əldə edə bilmirik...
Qədim türkdilli xalqların Zəngəzur ərazisində Alban-Qarqar (kəngər) daş abidələrində olan yazıların formaca Orxon-Yenisey yazıları ilə uyğunluğu, eyni zamanda Amerikanın oboregenləri olan bəzi hindu tayfalarının qayalar üzərindəki yazıları ilə uyğun gəlməsinin də tarixi kökləri və əlaqələri vardır.
Qərbi Azərbaycan ərazisində elə bir yaşayış məskənləri tapılmaz ki, ona yaxın ərazidə qədim daş abidələrə rast gəlinməsin və yaxud qazıntılar zamanı “Oğuz qəbiri” adlanan ətrafı iri daşlarla hörülmüş, üstü sal daşlarla örtülmüş hün. 2,5, uzunluğu 3m, eni 2m olan dəfn otaqları meydana çıxmasın. Ən çox ermənilərin “yunan qəbirləri” adlandırdıqları tuf qəbir daşlarının üzərində alban yazılı kitabələrə rast gəlinirdi. Erməni alimlərinin göstərişilə həmin yazılar ya pozulurdu, ya da hərflərə əl gəzdirilib erməniləşdirilirdi. Qədim alban xaçlarının ucları aypara şəkillidir, ermənilər xaçların uc hissəsindəki əyriləri pozub düz formaya salmaqla təqdim edirdilər ki, erməni xaçıdır.
Göyçə mahalının Pəmbək kəndinin qərbində, Şivri dağının ətəyində “yunan qəbri” adlandırılan bir qəbrsanlıqda (uzunluğu bir metr, eni səksən santmetr olan) böyük tuf daş üzərində belə bir rəsmlər var idi: daşın baş tərəfində günəş şüaları ilə, ondan aşağı at üstündə əyləşmiş dəmir zrehli geyimli, başında şiş dəblqə, çiynində kaman döyüşçü rəsmi və ondan aşağıda əllərini yuxarı günəşə sarı qaldırıb şükr oxuyan başqa piyada döyüşçü, qarşıda isə maral başının rəsmi çəkilmişdi. Bu yazı qədim piktoqrafik yazı idi: yəni iki döyüşçü ova getmişlər, ov uğurlu olduğuna görə (Atəşpərəstlik rəmzi olan günəşə üz tutub) Ahrumazdaya dua edirlər. Həmin döyüşçünün dünyasını dəyişdikdən sonra mahir ovçu olmasını bildirmək üçün belə bir piktoqrafik qəbirüstü kitabə həkk olunmuşdur. Pəmbək kəndinin sakinlərinin əksəriyyəti bu görüntünü təsdiq edərlər. Rayonun erməni millətindən olan tarixi abidələri mühafizə idarəsinin işçiləri həmin tuf daşı hava çəkici ilə uzununa deşmişdilər. Deyilənlərə görə daşın içində qızıl olub-olmamasını yoxlayırmışlar... Əfsuslar olsun ki, belə yazılı və rəsmli daşlara az-az olsa da, Qərbi Azərbaycan ərazilərində rast gəldiyimiz zamanlar heç olmasa, onların foto şəkillərini çəkib götürməmişik...
Qərbi Azərbaycan ərazisində VIII-IX əsrlərdə İslam dininin qəbulu ilə əlaqədar dini təfəkkürün və alban yazı qrafikasının ərəb yazı qrafikası ilə əvəz olunması prosesində qədim türk tarixinə böyük zərbə vurulmuşdur. Həmin dövrlərdə nə qədər daş kitabələr, perqamet yazıları və s. yazı mənbələri “kafir”, “şeytan” işləri adlandırılaraq məhv edilmiş və onlarla bərabər tarix nişanələri də unudulmuşdur. Ərəb işğalı dövrində cənubi Qafqaz ərazizində xaçpərəst misyonerlərin qızıl və qiymətli daşqaşla yardım etdiyi Üçkilsə (indiki Eçmiadzin) xaçpərəst dini mərkəz başçıları ərəb xilafətinə qiymətli hədiyyələr verib öz varlıqlarını saxlamışlar. Beləliklə, “naxar”, “qrabar” alban etnosları ilə qarışan qərbdən gələn yunan tayfaları (sonradan erməni kimi formalaşan insan toplusu) xaçpərəstlikdə qalmaqla dörd minillik bir tarixi mənimsəyə bilmişlər. Belə bir fürsət ondan irəli gəlmiş ki, türklərin ərəb əlifbasına üstünlük vermələri ilə qədim yazılarla mövcud olan tarixi təfəkkür formalarını unutmuşlar və nəzərdən silmişlər, eyni zamanda ərəb əlifbası ilə də tarix haqqında məlumatlar yazmamışlar. Erməni xalqı kimi formalaşdırılan insanlar isə kilsə təhsilində qədim Alban əlifbası əsasında quraşdırdıqları qrafika ilə qondarma tarixlər yazmışlar və Urartu tarixini də erməni dövlətinin tarixi kimi kilsələrdə tədris etmişlər. Qədim Armaniyanı da ərəblər “ərməniyyə” tələffüz etməklə türk-oğuz tayfalarının Arman\ Ərmən etnotoponimini deformasiyaya uğratmışlar və sonradan xaçpərəst aləmi süni yolla əmələ gətirdikləri erməni millətinin qədim vətəni kimi təqdim etmişlər...
Qeyd etdiyimiz kimi, türklər tarixən Şumer dövründən icad etdikləri yazı mədəniyyətini inkişaf erdirməmişlər, əvəzində finikiyalılar mixi yazı təfəkkürünü inkişaf etdirməklə əlifba formasına salmışlar. Sonralar yunanlar bir daha inkişaf etdirərək latın qrafikasına doğru yeniləşdirmişlər. Beləliklə, yazılan tarix də daha çox yunan mənbələrində əks olunmaqla müasir dövrə çatmışdır. Məlum olduğu kimi, Türk hökmdarları dünyanı fəth etsələr də yazının və dilin dövlət həyatında mühüm rol oynamasını qiymətləndirə bilməmişlər. Lakin tarixdə elm sahəsində bilik və zəka sahibləri olan türk alimləri bəşər tarixinə başqa dillərdə də olsa belə, böyük töhfələr vermişlər. Onlardan adları bizə məlum olmayanlar da var ki, bilik xəzinəsi başqa millətlərin adına yozulmuşdur. İbni Sina, Nəsrəddin Tusi, Uluq bəy orta əsrlərdə, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfüzadə və s. müasir dövrdə türk alimlərinin dəqiq elmlər sahəsində bəşəriyyətin elmi tərəqqisində bəxş etdikləri kəşflərin əvəzolunmazlığı dünya elm adamları tərəfindən ehtiramla yad edilir. Bədii ədəbiyyat sahəsində bəşər tarixində M. Füzuliyə bərabər insan yer üzünə gəlməyib.
Kənardan nəzər yetirdikdə görürük ki, vaxtı ilə Qərbi Azərbaycanda elm və təhsilə olan həvəs Azərbaycanın başqa bölgələrinə nisbətən daha yüksək olması müşahidə olunur. Bu həqiqəti də qeyd etməkdə məqsədim ayrı-seçkilik deyil, sadəcə səbəbini onda görürəm ki, Urartu dövründən irsi olaraq yazı və oxu təfəkkürü İslamaqədərki tarixə qədər insanların psixo- logiyasında dövr etmişdir. Söz yox ki, Urartu mədəniyyəti vasitələri də əsasən Qərbi Azərbaycan ərazisində daha çoxdur. Qədim Albaniya dövlətinin zamanında monastrlarda və dini məntəqələrdə alban yazısı ilə yazılan vəsaitlər kahinlər tərəfindən savad üçün tədris olunmuşdur və bilikli, oxuyub-yazan ziyalılar isə dövlət sarayında, dini məntəqələrdə maarifçilik fəaliyyəti ilə məşğul olmuşlar. Alban memarlarına və dəmir, mis əritmə, polad hazırlama işlərini təşkil edən mütəxəsislərə də dünyəvi elmlərin müəyyən anlayışları məlum olmaqla yaradıcılıqla, istehsalla məşğul olmağı bacarmışlar. Əfsuslar olsun ki, İslam dini pərdəsi altında insanları elmdən kənarlaşdırıb, cahillikdə saxlayıb istismar edən hoqqabazlar alban mədəniyyət nümunələrini tamamən yer üzündən silmişlər. Beləcə, dini, elmi, fəlsəfi anlayışları özündə əks etdirən təfəkkür formaları olan alban maarif –yazı nümunələri türk mədəniyyətindən maddi olaraq silinsə də, mənəvi anlayış kimi nəsldən- nəslə ötürülmüşdür. İnsan psixologiyasında belə bir hal var ki, hansı dildə, hansı əlifbada olur-olsun oxuyub-yazan insan başqa bir yazı və dillə qarşılaşarkən yeni əlifba və dili tez bir zamanda mənimsəyə bilir.
Bu mövzuda tarixi olaylara qısa baxışlarla qarşıya qoyduğumuz əsas məsələ Qərbi azərbaycan tarixində türklərin yazıya və təhsilə olan maraqları ta qədim dövrlərdən yüksək olmasını xatırlamaqdan ibarətdir. Sovet hakimiyyəti dövründə Qərbi Azərbaycan bölgələrində Uluxanlıdan sonra mənim tanıdığım Göyçə mahalının Basarkeçər rayonunda Şişqaya orta məktəbi, Krasnoselo rayonunda Ardanış kənd orta məktəbi, Gölkənd orta məktəbi elm- tədris fəaliyyətinə görə dillərdə fərəhlə səslənirdi. Həmin məktəblərin yetirmələri olan yüzlərcə alim və biliyinə, kamalına görə yüksək vəzifələrə irəli çəkilən məzunların adlarını sadalamaq olar.
Yuxarıda nəzərə çatdırdığım tarixi məqamları xatırlardmaqda məqsədim ondan ibarətdir ki, tarixi köklərə vardıqca Qərbi Azərbaycan Urartu dövrünün ən qədim Oğuz mövcudluğunu qarşıya qoymaqdır. Bu sahədə bir daha xatırlayaq ki, Q. Qeybullayevin “ Qədim türklər və Ermənistan”, S. Şükürovun “İrəvanın birinci-əllinci xanı”, Ə. Ələkbərlinin “Qərbi Azərbaycan” kitabları və digər Qərbi Azərbaycanın tarixi haqqında elmi məqalələr yazan alimlərimizin əsərləri geniş elmi-tarixi məlumatlar verir. Azərbaycan xalqı üçün belə bir dəyərli elmi-tarixi yazılar yazmaq imkanı doxsanıncı ildən sonra- müstəqillik əldə edilməsi və AXC ADR hakimiyyətinin təşəbbüsü ilə meydana gəlmişdir. Bəli, Azər türk tarixinin ən qədim dövrlərini Qərbi Azərbaycan ərazilərində axtarmaq önəmlidir. Biz Azərbaycan tarixinin qədim çağlarını həmişə yunan və Avropa tarix yazarlarının əsərlərində axtarmaqla məlumatlar əldə etmişik. Ümumiyyətlə, Türk tarixini türk olmayan tarix yazarları tədqiqatlar aparmış, yazılar yazmış və türklər də onlardan məlumatlar öyrənmişlər. Belə olan surətdə yadelli tarix yazarları hadisələri nə qədər düzgün işıqlandırmışlar? Bu sualın düzgün cavabı o vaxt tapılar ki, türkdilli dövlətlər qarşısında həqiqi türk tarixini ortaya çıxarmaq üçün ümumi məqsəd durmaqla birgə iş təşkil olunmalıdır, tədqiqatlar aparılmalıdır...

Niftalı Göyçəli. Yazıçı – şair
“Davam” qəzeti.

Geri dön