Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Moskvada çeçenlərlə azərbaycanlılar arasında silahlı insident olub, bir soydaşımız qətlə yetirilib
Moskvada çeçenlərlə azərbaycanlılar arasında silahlı insident olub, bir soydaşımız qətlə yetirilib |
Rusiya paytaxtında azərbaycanlılar və çeçenlər arasında silahlı insident baş verib.
Hadisə nəticəsində bir nəfər azərbaycanlı, 1984-cü il təvəllüdlü Ramil İsmayılov qətlə yetirilib. Hadisə dünən axşam Moskva vaxtı ilə 20:30 radələrndə paytaxtın Nijneye Polye küçəsində baş verib. Bir qrup çeçenlə azərbaycanlı arasında mübahisə yaranıb. Nəticədə odlu, travmatik və bıçaqdan istifadə olunub. Çiyin və döş nahiyəsindən güllə yarası alan Ramil İsmayılov hadisə yerində ölüb. Onun atası, 1967-ci il təvəllüdlü İlham İsmayılov isə boğaz nahiyəsindən ağır yaralanıb. Hadisəni törədən Çeçenistan vətəndaşları 31 yaşlı R. Bersanov, 32 yaşlı A. Şamilev, 35 yaşlı A. Oçerhacıyev və 28 yaşlı Ş. Əliyev paytaxtın Volqoqrad prospektində “Mercedes Galenvagen” markalı avtomobildə saxlanıblar. Onların üzərindən silahlı insidentdə istifadə olunan “Sayqa” silahı, 2 ədəd travmatik tapança aşkar olunub. Aparılan ilkin araşdırmalar nəticəsində insidentin ilkin səbəbləri məlum olub. Belə ki, hadisəyə səbəb çeçenlərin Azərbaycanlıların sahibi olduğu avtoservisdə avtomobillərini təmir etdirən çeçenlər zəhmət haqqı ödəmək istəməyiblər. Digər versiyaya görə, çeçenlərlə azərbaycanlılar arasında münaqişəyə səbəb avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan firmaya sahib çıxmaq olub. Belə ki, çeçenlər azərbaycanlıların sahibi olduğu firmanı ələ keçirmək istəyiblər. Qeyd edək ki, Rusiya İstintaq Komitəsi faktla bağlı məlumat yayıb. Məlumatda dünən baş verən hadisənin MDB ölkələri vətəndaşları arasında olduğu bildirilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə), 222-ci (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Geri dön |