Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətəndaşlar iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar artıq fərdi qaydada BMT-yə müraciət edə bilərlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Vətəndaşlar iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar artıq fərdi qaydada BMT-yə müraciət edə bilərlər

Vətəndaşlar iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar artıq fərdi qaydada BMT-yə müraciət edə bilərlər


Mayın 5-də BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktına əlavə olunan Fakultativ Protokol qüvvəyə minib.

BMT-nin xəbər mərkəzinin verdiyi məlumata görə, BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley bəyan edib ki, bununla Ümumdünya İnsan Haqları Bəyannaməsində əks olunan vahid və hərtərəfli beynəlxalq normativ arxitekturanın formalaşdırılması başa çatır. O bildirib ki, protokolun qüvvəyə minməsi ayrı-ayrı fərdlərin iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar BMT-yə müraciət etməsinə imkan yaradacaq.

Qeyd edək ki, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktına əlavə olunan Fakultativ Protokol BMT Baş Assambleyası tərəfindən 2008-ci ilin dekabrında qəbul olunub. Paktın özü isə 1966-cı ildə qəbul edilib və 10 il sonra qüvvəyə minib.

Geri dön