Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev ATƏT-in fəaliyyət prioritetlərinə etiraz etdi
Fərəc Quliyev ATƏT-in fəaliyyət prioritetlərinə etiraz etdi |
ATƏT PARLAMENT ASSAMBLEYASININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ CƏNAB JOAO SOARESİN AZƏRBAYCANA SƏFƏRİ ZAMANI GÖRÜŞ
Bu gün ATƏT parlament assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joao Soaresin Azərbaycana səfəri zamanı bir sıra partiya rəhbərləri və təmsilçiləri- Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ilə görüşü olmuşdur. Görüşdə Cənab Antonio Kuto dos Santos, Millət vəkili (Portuqaliya), Xanım Nuno Peyçşo, ATƏT PA-da Portuqaliya nümayəndə heyətinin katibi, Xanım Tina Şon, ATƏT PA-nın nümayəndəsi və ATƏT Bakı ofisinin rəhbəri Koray Taragay da iştirak edirdi. Görüş zamanı MDHP sədri Fərəc Quliyev çıxışında bildirdi ki, Azərbaycandakı bugünkü durum qənaətbəxş sayıla bilməz və bu təkcə Azərbaycanın iradəsindən asılı deyil. ATƏT-in Dağlıq Qarabağ problemi ilə bağlı fəaliyyətsizliyi və müəyyən etdiyi istiqamətlər müsbət heçnə vəd etmir. Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın problemi deyil və regionda həm demokratiyanın üstün vəziyyətə gətirilməsi həm də təhlükəsizlik üçün təhdiddir. ATƏT əməkdaşlıq və təhlükəsizlik təşkilatıdır. Amma görünən odur ki, ATƏT-i yalnız müəyyən çərçivədə əməkdaşlıq düşündürür və təhlükəsizlik isə göz ardına verilir. Belə yanaşma Qafqaz evinin qurulmasını istəməyən Rusiyanın maraqlarına uyğundur. Bu münaqişədə “tərəflər razılığa gəlsin bizdə bu razılığı tanıyarıq” yanaşması ATƏT-in Minsk qrupu tərəfindən təklif olunur ki, bu da yalnışdır. Millət vəkili sonra ölkədəki insan haqları, köçkünlərin vəziyyəti, münaqişənin insan haqlarının tam bərbəqərar olunmasına mane olması ilə bağlı fikirlərini bölüşdü. Geri dön |