Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Moldovanın silah satdığı ölkələrin siyahısında Ermənistanın adı yoxdur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Moldovanın silah satdığı ölkələrin siyahısında Ermənistanın adı yoxdur”

“Moldovanın silah satdığı ölkələrin siyahısında Ermənistanın adı yoxdur”


Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu ölkəsinin Ermənistana silah-sursat satmağa davam edəcəyinə dair Moldova kütləvi informasiya vasitələrinin xəbərini təkzib edib.

Səfir açıqlamasında ölkəsinin rəsmi şəxsləri ilə əlaqə saxladığını və informasiyanın tam təkzib olunduğunu deyib: “Bu, ilk olaraq Moldovanın müxalifət KİV-i tərəfindən yayılan yalan xəbərdir. Söhbət Ermənistandan getmir. Ermənistan Moldovanın silah satdığı ölkələrin siyahısında artıq yoxdur”.

Qeyd edək ki, Moldovanın müdafiə naziri Vitali Marinutsa baş vermiş qalmaqala baxmayaraq, Ermənistandan olan sifarişçiyə silah-sursatın qalan hissəsini çatdırmaq niyyətində olduqlarını bəyan edib. “Moldnews”un xəbərinə görə, V. Marinutsa Moldovanın silah-sursat satışına dair sövdələşmələri sonadək yerinə yetirəcəyini söyləyib: “Bunu qadağan edən hər hansı hüquqi sənəd yoxdur. Ümid edirəm ki, ən qısa zamanda müqavilənin yerinə yetirilməsi davam etdiriləcək. Bu müqavilədə heç bir şübhəli bənd yoxdur və biz onu axıra çatdırmalıyıq”.

Xatırladaq ki, bir qədər öncə Moldova prezidenti Marian Lupu ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yuriy Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilsə də, yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistana hücum silahı satan dövlətlərin böyük səhvə yol verdiklərini bəyan edib.

Geri dön