Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ
GÜNEY XƏBƏRLƏRİ |
Britaniya kəşfiyyatı İrana ediləcək hücumun vaxtını ifşa edib
Böyük Britaniya kəşfiyyatı dekabrın (December) sonlarında hava əməliyyatına start veriləcəyi barədə məlumat əldə edib. Böyük Britaniya kəşfiyyatı İsrailin bu ilin dekabr ayının sonlarında, xristianların (məsihi) Yeni İl Bayramına qədər İrana hava zərbəsi endirəcəyi barədə məlumat əldə edib. ABŞ (Amerika Birləşmiş Ştatları) bu əməliyyat zamanı İsrailə təchizat məsələsində yardımçı olacaq. Bu barədə “The Daily Mail” xəbər yayıb. ABŞ-dan fərqli olaraq, Böyük Britaniya bu əməliyyatla bağlı İsrailə birbaşa yardım göstərməyə hazırlaşmır. Buna səbəb odur ki, London hazırda hərbi əməliyyata ehtiyac görmür, İranın neft biznesinə sanksiyalar (təhrim, yaptırım) tətbiq olunmasını yetərli sayır. “The Daily Mail” qəzeti yazıb ki, Böyük Britaniyanın hazırkı hökuməti İranın atom silahı əldə etsə belə, onu tətbiq edəcəyinə inanmır. Böyük Britaniya hökuməti daha çox Səudiyyə Ərəbistanı və Türkiyənin atom silahı əldə etməsi ehtimalından narahatdır və bunun qarşısını almağın mümkün olmayacağından ehtiyatlanır. MAHNILARINDA AZADLIĞI TƏRƏNNÜM EDƏN GƏNC MÜĞƏNNİ TUTULUB Mahnılarında İrandakı mövcud ictimai-siyasi vəziyyətə etiraz edən, İran xalqının azadlığını tərənnüm edən gənc bəstəkar və müğənni Ariya Aramnejad tutulub. ETTELAAT-ın Babol şöbəsinin əməkdaşları Ariya Aramnejadı noyabrın 8-də mənzilində tutub bilinməz istiqamətə aparıblar. ETTELAAT məmurları gənc müğənnini tutarkən onu valideynlərinin və digər ailə üzvlərinin gözü qarşısında döyüb təhqir ediblər. Evdə axtarış aparılıb, gənc müğənniyə məxsus kompüter, yeni mahnılardan ibarət albomlar və bir sıra digər şəxsi əşyalar götürülüb. Ariya Aramnejad 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra tutulub 50 gün təkadamlıq kamerada saxlanmış, mülk girovu qarşılığında azadlığa buraxılmışdı. O vaxt müğənni ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılmışdı. İRANDA 3 SİYASİ QURUMUN PARLAMENT SEÇKİSİNƏ NAMİZƏD İRƏLİ SÜRMƏSİNƏ QADAĞA QOYULUB Noyabrın 2-də jurnalistlərə açıqlama verən İran parlamenti seçki qərargahının rəisi Solət Mürtəzəvi parlament seçkisinə 3 siyasi qurumun - Müşarikət Cəbhəsi Partiyası, İslam İnqilab Mücahidlər Təşkilatı və İran Azadlıq Hərəkatının namizəd irəli sürməsinə qadağa qoyulduğunu bildirib. Parlament seçkisinə qatılmasına qadağa qoyulan hər üç islahatçı siyasi qurum bundan əvvəl ayrı-ayrı vaxtlarda hakimiyyətdə təmsil olunub. İran parlamentinə seçki 2012-ci ilin mart ayında keçiriləcək. Solət Mürtəzəvi deyib: “Daxili İşlər Nazirliyi bu qrupları ləğv olunmuş siyasi cərəyanlar siyahısına salıb. Onların fəaliyyət aparmaq üçün hər hansı lisenziyası yoxdur və İran parlamentinə növbəti seçkiyə qatıla, namizəd irəli sürə bilməyəcəklər”. İRAN MİLLİ CƏBHƏSİNİN 4 ÜZVÜ TUTULUB İranda rəsmi fəaliyyətinə qadağa qoyulmuş İran Milli Cəbhəsinin 4 üzvü - Kuroş Zəim, Davud Hermidas Bavənd, Əli Rəşidi və Peyman Arif tutulub. Qərb təmayüllü müxalif qurum olan Milli Cəbhə İranda millətçi və liberal görüşləri ilə tanınır. Kuroş Zəim, Davud Hermidas Bavənd və Əli Rəşidi noyabrın 2-də ETTELAAT-a çağırılıb dindirildikdən sonra tutulublar. Peyman Arifin isə bir neçə gün əvvəl tutulduğu bildirilir. Səbəb açıqlanmasa da, bu həbslərin bir neçə gün əvvəl İran Milli Cəbhəsinin ölkədə ictimai-siyasi, iqtisadi durumun acınacaqlı olması haqda yaydığı kəskin tənqidi bəyanatla əlaqəli olduğu təxmin edilir. Tutulan siyasi fəalların hazırda Tehranın Evin zindanında saxlandığı deyilir. RƏSMİ HESABAT: “İRAN NÜVƏ SİLAHININ KOMPONENTLƏRİNİ SINAQDAN KEÇİRİB” “İran 2003-cü ildən nüvə silahı yaratmaq işi aparır və hələ də bu çalışmaları davam etdirir”. Beynəlxalq Atom Enerjisi Təşkilatının noyabrın 8-də açıqladığı hesabatda belə deyilir. Sənəddə qeyd olunur ki, İran nüvə silahı əldə etməyə imkan verən bütün vasitələrə sahibdir, hətta nüvə silahının komponentlərini sınaqdan keçirib. “Amerikanın səsi”nin yaydığı məlumata görə, “Vaşinqton Post” yazır ki, hesabatı nəzərdən keçirən Qərb diplomatları və nüvə ekspertləri İranın xarici alimlərin yardımı ilə bu sahədə ciddi inkişaf əldə etdiyini bildirir. Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəsmisi Devid Olbrayt İranın nüvə partlayışına yol aça biləcək kapsul dizayn etdiyini və onun sınağa hazır olduğunu deyib. “Azadlıq” radiosunun məlumatına görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını rədd edib, onun siyasi xarakterli olduğunu vurğulayıb. Beynəlxalq Atom Enerjisi Agentliyindəki İran nümayəndəsi Əli Əsgər Soltani deyib ki, hesabat ABŞ-ın siyasi təzyiqinin nəticəsidir: “Beynəlxalq Atom Enerjisi Agentliyi indiyədək 4 minə qədər yoxlama aparıb. Hərbi təyinatlı bir qram belə material tapıbmı? Hansısa silah tapıbmı? Bu, çox təhlükəli bir oyundur. Mən beynəlxalq ictimaiyyəti və bütün sülhsevərləri bunun qarşısını almağa çağırıram”. BÖYÜK BRİTANİYA NAZİRİ: “BİZ İRANIN NÜVƏ PROQRAMI İLƏ BAĞLI QARŞIDURMADA TƏHLÜKƏLİ MƏRHƏLƏYƏ ÇATIRIQ” Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq İranın nüvə proqramı ilə bağlı beynəlxalq qarşıdurmanın təhlükəli mərhələyə çatdığını bəyan edib. Uilyam Heyqin bu açıqlaması Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətinin mahiyyəti barədə yaydığı hesabatdan bir gün sonraya təsadüf edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin noyabrın 8-də yaydığı hesabatda İranın nüvə proqramının hərbi xarakter daşıdığının təsdiqləndiyi iddia olunur: ”İran nüvə silahı əldə etməyə imkan verən bütün vasitələrə sahibdir, hətta nüvə silahının komponentlərini sınaqdan keçirib”. “Media forum” saytının məlumatına görə, noyabrın 9-da jurnalistlərə açıqlamasında Uilyam Heyq deyib ki, İranın nüvə proqramının hərbi xarakter daşıması beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Nazir Böyük Britaniyanın maliyyə və enerji sahələrində İrana qarşı sanksiyaları şiddətləndirmək qərarına gəldiyini vurğulayıb: “Bizdə olan məlumatlara görə, İran nüvə silahının inkişafı ilə bağlı araşdırmalar apararaq sınaqlar keçirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatı İranın nüvə fəaliyyətinin sülh xarakterli olması haqda iddiaları tamamilə etibardan salıb. Biz İranın nüvə proqramı ilə bağlı qarşıdurmada artıq təhlükəli mərhələyə çatırıq. Böyük Britaniya 5+1 qrupuna üzv ölkələrdən biri olaraq İranın nüvə proqramı ilə bağlı yaranan böhranın danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin bunu da bildiririk ki, İranın nüvə təhlükəsinin aradan qaldırılması üçün masa üzərindəki variantlardan heç biri kənara qoyulmayacaq”. TEBRIZIN INQILAB MEHKEMESININ YENI BAŞQANI, EKBER MOHACERININ QIZINA VERDIĞI CEVAB: HƏLƏ BU TEZLIKDƏ ONU BURAXMAYACAYIQ Təbrizin İnqilab məhkəməsinin birinci şöbəsinin yeni başqanı Yusefi, Əkbər bəy Mohacerinin kiçik yaşlı qızı ULDUZun "Atamı haçan buraxacaqsınız?" cavabında "Hələ bu tezlikdə onu buraxmayacayıq! 2-3 aydan sonra onu görə bilərsən!" deyibdir! Əkbər bəy Mohacerinin kiçik qardaşı MEHDİ MOHACERİnin də bir qız uşağı olubdur! Bu yeni doğulmuş qız uşağının adını AYLIN qoyublar. Mehdi Mohaceri şəhrivər aynın 2sindən Urmu gölünün ölməməsinə çarə tapmaq üçün qurulan İftar törənindən bu günə dək tutsaqlanıbdır və ona qarşı 2 il həbs hükmü çıxarılıbdır ki 4 ayı Təziri və qalanı 4 ilə qədər Təliqi biçimdə keçiriləcəkdər. Mehdi bəyə MƏŞRUT AZADLIQ və Mürəxəsi verilməyibdir və boylu xanımı ən ağır günlərini onsuz keçirərək, nəhayət Mehdisiz qızını dunyaya gətiribidir. AYLINın doğumu atasına-anasına və bütün millətimizə qutlu, mutlu, və uğurlu olsun. İranın Azərbaycan prezidentinə qarşı təhdidləri davam edir Rəsmi Tehran ayətullahların ardınca güney azərbaycanlı fikir adamlarını və tələbələri dövlətimizi hədələyən bəyanat verməyə məcbur edib. İran rejimindən Azərbaycana qarşı yeni təhdidlərə əl atılıb. “Ansar-Tabriz.com” saytının yaydığı məlumata görə, İranın Şərqi Azərbaycan əyalətinin ziyalıları, Təbriz şəhərinin universitet alimləri və tələbələri adından Azərbaycan rəhbərliyinə qarşı bəyanat qəbul edilib. İran saytında yer alan bu bəyanat barədə xəbərə “Regnum” agentliyi yer verib. Bəyanatda prezident İlham Əliyevin ünvanına kəskin ifadələr yer alır, Bakının “cinayətkar anti-islam siyasəti” pislənir və ölkədə hakimiyyətin devrilməsinə yönələn çağırışlar edilir. “Azərbaycan xalqı hakimiyyətin İslama qarşı siyasətinə dözməyəcək, günlərin birində ayağa qalxıb sizləri öz kreslonuzdan (korsi) aşağı endirəcək” - deyə bəyanatda bildirilir. Bəyanatda Azərbaycan hakimiyyəti “regionda (bölgə) baş verənlərdən dərs götürməyə” çağırılır. Sayt xatırladır ki, bugünlərdə İranın tanınmış ayətullahı Makarem Şirazi də Azərbaycan hakimiyyətinə qarşı bu cür bəyanatla çıxış etmişdi. Həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycan hakimiyyətini hədələyən bəyanatı da xatırladılır. Rəsmi Tehran Azərbaycana, onun rəhbərliyinə qarşı bu cür təhdidkar, ölkələr arasındakı münasibətlərlə bir araya sığmayan kampaniyadan yaxasını kənara çəkməyə çalışsa da tamamilə aydındır ki, onun arxasında İran rəhbərliyi dayanır. Maraqlıdır ki, generalların və din xadimlərinin ardınca Azərbaycan iqtidarına qarşı təhdid kampaniyasına Təbriz şəhərinin və Cənubi Azərbaycan əyaləti ziyalılarını qoşublar. Görünür, bu seçim təsadüfi deyil. İran rəhbərliyi narahatdır ki, rəsmi Bakı Cənubdan gələn təhdidlərə qarşı etnik azərbaycanlı amilindən faydalana bilər. Bu səbəbdən Azərbaycana qarşı kampaniyaya Təbriz ziyalılarını və universitet tələbələrini də qoşmaq qərara alınıb. Qeyd edək ki, Təbriz ziyalıları və universitet tələbələri İran rejiminə qarşı vaxtaşırı olaraq baş qaldıran etiraz hərəkatlarında əsas aparıcı qüvvədir. Urmu gölünün qurudulması cəhdlərinə qarşı başlayan etiraz dalğasında da ziyalılar və tələbələr öndə gedirdi. İranda rejimə qarşı etiraza qalxdıqları üçün son həftələrdə onlarla azərbaycanlı gəncin edam edildiyinə dair xəbərlər var. Təhlilçilərin qənaətinə görə, İran rejiminin təzyiqləri qarşısında Azərbaycan hakimiyyəti də bu azərbaycanlı amilindən istifadə edə, rəsmi şəkildə İrandakı on milyonlarla azərbaycanlının hüquqlarının tapdanması məsələsini qaldıra, o cümlədən üzvü olduğu BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında müzakirəyə çıxara bilər. Hərçənd ki, hakimiyyətin bu addıma əl atmaq niyyəti hazırda hiss edilmir. Hələlik İran ayətullahlarının və hərbi rəhbərliyinin təhdidlərinə hakimiyyətdən rəsmi formada sərt reaksiya (əksü-l əməl) bildirilməyib. Polis Güney Azərbaycanda peyk antenalarını toplayır İranda bütün vətəndaşlar, xüsusi ilə Güney Azərbaycanlılara qarşı həyata keçirilən informasiya blokadası (mühasirə) və dünyadan təcrid etmə siyasəti sərhəd tanımır. Son məlumata görə, polis qüvvələri Güney Azərbaycanın Meşkinşəhr şəhərində evlərə hücum edib. Məmurlar əllərində məhkəmə hökmü olmadan evlərə daxil olub və peyk antenalarını (mahvarə) toplayıblar. Bu əməliyyat geniş miqyasda həyata keçirilib. Məlumata görə, polis qüvvələri ilə əhali arasında pərakəndə şəkildə mübahisələr yaranıb və xoşagəlməz hallar yaşanıb. İranın xarici işlər naziri: “Ermənilər İranda xüsusi status və hörmətə malikdirlər” Ermənistan-İran münasibətləri yüksək səviyyədədir və bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Bunu Ermənistan parlamentinin sədri Ovik Abramyan İranın xarici işlər naziri Əli Əkbər Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə İrəvanda keçirdiyi görüşdə deyib. Parlamentin spikerinin (sədr) sözlərinə görə, mövcud dostluq və işgüzar münasibətlərin dərinləşməsi üçün hər iki ölkənin qarşılıqlı fəaliyyəti önəmli rol oynayıb. Yaxın münasibətlərin formalaşmasında İran və Ermənistan hakimiyyətinin qanunverici qanadı böyük töhfə verib. İranın xarici işlər naziri isə parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıb: "Ermənistan etibarlı qonşu və dostdur”. Salehi həmçinin qeyd edib ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsində İranda yaşayan erməni icmasının böyük rolu olub: "İran erməniləri xüsusi statusa (özəl vəziyyət) və hörmətə malikdirlər". ETTELAAT Təbrizdə Güney Azərbaycan Tələbə Hərəkatının üç üzvünü həbs edib Noyabrın 3-də Təbriz şəhərində İran İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycan Tələbə Hərəkatının bir neçə fəalını həbs ediblər. Bəhruz Fəridi, Araş Məhəmmədi və Siyavuş Məhəmmədinin evinə basqın edən təhlükəsizlik xidmətinin əməkdaşları onları döyüblər. Daha sonra evdə axtarış aparılıb, onlara məxsus kitablar, kompyuterlər və əlyazmalar müsadirə edilib. Hazırda milli fəallar ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır. Qeyd edək ki, Güney Azərbaycanda həbsdə olan siyasi məhbusların əksəriyyəti ya universitet tələbəsidir, ya da siyasi fəaliyyətlərinə tələbəlikdən başlamış fəallardır. “HİZBULLAH”ın TƏBRİZ ŞÖBƏSİ AZƏRBAYCANIN BAŞ KONSULLUĞU QARŞISINDA NÜMAYİŞ XƏBƏRİNİ TƏKZİB EDİB İranın “Hizbullah Ənsarı” təşkilatının noyabrın 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirəcəyi barədə xəbər bu təşkilatın Şərqi Azərbaycan şöbəsinin saytında təkzib edilib. Təbriz İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəridir. “Amerikanın səsi”nə istinadla bildirir ki, noyabrın 3-də “Hizbullah Ənsarı”nın Şərqi Azərbaycan şöbəsinin saytında yerləşdirilən təkzibdə deyilir: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, aban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bu təşkilat belə bir aksiya keçirtməyəcək və “Hizbullah” bu barədə yayılan şayiəni təkzib edir”. Noyabrın 4-ü İranda 1979-cu ildə ABŞ səfirliyinə edilən hücumun ildönümüdür və həmin gün İranda tələbə günü kimi qeyd edilir. Ancaq “Amerikanın səsi” qeyd edir ki, “Hizbullah Ənsarı”nin Şərqi Azərbaycan şöbəsinin rəhbəri molla Ruhulla Becaninin Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalır. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı ifadələr işlədir, xalqı din adına üsyana çağırır, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və partiyanın başqa üzvlərinin həbsini pisləyir. Ruhulla Becani Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunu casusxana adlandırıb və İran hökumətinin keçən il onların buraya hücum etmək planının qarşısını aldığını deyib. Becani söyləyib ki, onlar 2011-ci ildə Təbriz konsulluğu qarşısında aksiyalarını keçirəcəklər. BMT İranda milli azlıqların sıxışdırılması və edamlardan narahatlığını bildirib Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda milli azlıqların sıxışdırılması və son edamlarla bağlı narahatlığını dilə gətirib. BMT-nin mətbuat xidmətinin verdiyi məlumata görə, təşkilatın insan hüquqları komitəsinin açıqlamasında İran İslam Respublikasında milli və dini azlıqların təqib edilməsinin davam etdiyi qeyd olunur. Komitənin üzvü Kristin Şane bəyan edib ki, İranın BMT-dəki nümayəndəsi komitənin bununla bağlı sorğu-sualından yayınır və bu ölkə insan haqları sahəsindəki öhdəliklərini icra etmir. İranı sıxışdıracaq ciddi hesabat hazırlanır İran İslam Respublikasının nüvə proqramı ilə bağlı mühüm sənəd açıqlanacaq. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahı hazırladığını iddia edən hesabat təqdim etməyə hazırlaşır. İngiltərənin “Telegraph” qəzeti yazır ki, gələn həftə açıqlanacaq hesabatda İranın beynəlxalq sanksiyalara (təhrim, yaptırım) baxmayaraq, qadağa qoyulmuş obyektlərdə (təsisat) nüvə silahı hazırladığını və onu sınaqdan keçirməsi ilə bağlı məlumatlar yer alacaq. Bundan başqa İngiltərə qəzeti yazır ki, hesabatda İranın nüvə silahı istehsal etməsi konkret (açıq, müşəxxəs) şəkildə ifadə olunmayacaq, lakin qeyd ediləcək məlumatlar əsasında məhz belə bir nəticənin əmələ gələcəyi qeyd olunacaq. Qərb diplomatlarının fikrincə, MAQATE-nin kəşfiyyat hesabatları, iranlı mühəndislərlə bağlı hazırlanan reportajlar (quzarişlər), yerlərdə əldə edilən məlumatlar İranın nüvə enerjisi istehsal etməsi ilə paralel (muvazi) olaraq nüvə proqramını da icra etdiyini qeyd edəcəklər. Qərb başda Barak Obama olmaqla, İranın nüvə proqramı ilə bağlı olduqca narahatlıq keçirdiyini ifadə edir. İran isə öz növbəsində nüvədən enerji əldə etmək üçün istifadə etdiyini iddia edir. Barak Obama Kann şəhərində keçirilən “G-20” sammiti (zirvə görüş) zamanı jurnalistlərə açıqlamasında bildirib ki, İranın nüvə proqramına görə Tehrana təsir göstərmək məqsədi ilə Fransa prezidenti Nikolya Sarkozi ilə razılığa gəlib. OBAMA: “İRANA O QƏDƏR TƏZYİQ ETMƏK LAZIMDIR Kİ, ÖHDƏLİKLƏRİ YERİNƏ YETİRSİN” Noyabrın 3-də 20 güclü ölkənin (G20) Kannda keçirilən toplantısına qatılan ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kameron İrana qarşı təzyiqlərin daha da gücləndirilməsinin vacibliyinə təkid ediblər. Bəyanatlar Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətinin mümkün hərbi xarakter daşıması haqda hazırladığı hesabatdan bir neçə gün əvvələ təsadüf edib. Agentliyin həmin hesabatı gələn həftə yayacağı bildirilir. ABŞ prezidenti Barak Obama jurnalistlərə açıqlamasında İran təhdidinin davam etdiyini və daha da ciddiləşdiyini deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyi gələn həftə İranın nüvə fəaliyyəti haqda yeni hesabat yayacaq. Mən və prezident Sarkozi İrana qarşı indiyə qədər misli görünməmiş təzyiqlərin gücləndirilməsinin vacibliyi ilə bağlı eyni fikirdəyik. İrana o qədər təzyiq etmək lazımdır ki, nüvə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”. Geri dön |