Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Erməni diasporu yenidən təşkilatlanmağa hazırlaşır
Erməni diasporu yenidən təşkilatlanmağa hazırlaşır |
Elxan Həsənli: «Ermənistan hökuməti ciddi şəkildə erməni diasporunun maliyyə və intellektual potensialından istifadə etməyə çalışır»
Dünya ermənilərinin sayı 10 milyona yaxındır. Onların cüzi bir hissəsi bu gün indiki Ermənistanda yaşayır. Hazırda bu Ermənistan hökuməti əhalinin real statistikasını cidd-cəhdlə gizlətməyə çalışsa da vəziyyətin acınacaqlı olduğunu elə ermənilərin özləri də etiraf edirlər. 2001-ci ildə keçirilmiş siyahıyaalmaya əsasən Ermənistan əhalisini 3.202.606 nəfər təşkil edib. Qərb mənbələrinə görə, bu rəqəmlər şişirdilib. Alman alimi Tessa Hofmannın hesablamalarına görə, Ermənistan əhalisi 1,8-2 milyon nəfərdən çox deyil. Diaspora isə hələ də gücünü qoruyub saxlayır. Amma azərbaycanlı və türk diasporalarının təşəkkül tapması, müqavimət imkanlarını artırması erməni diasporunun əvvəlki fəaliyyətini sıxışdırmaqdadır. Azərbaycan-İsveçrə Ticarət Təşkilatının sədri Elxan Həsənli bildirib ki, erməni kilsəsinin iki hissəyə — erməni katolik və erməni ortodox kilsəsinə bölünməsi də erməni diasporunun birliyinə əngəl törədir. Buna baxmayaraq, erməni diasporu özünü Qərb ölkələrində qəbul etdirə bilib. Bu müstəvidə qondarma «erməni soyqırımı»ndan təbliğat vasitəsi kimi istifadə olunması gözlənildiyindən də uğurlu alınıb. Öz «vətən»lərini «insanlığın beşiyi» kimi sırımağa çalışan ermənilərin mifik təsəvvürləri çoxdan onların kollektiv düşüncəsinə çevrilib və diasporada bu düşüncə tərzi dartışıla, dəyişdirilə bilməz. Bu mifik təsəvvürlər diaspora üzvlərinin milli şüurunda silinməz izlər buraxıb. Ağrıdağı bu mifik «vətən»in mərkəzi sayılır. Elxan Həsənliyə görə, məhz kollektiv düşüncə tərzi həmin icmanın fəaliyyət istiqamətlərini müəyyənləşdirir: «Son illərdə Ermənistan hökuməti ciddi şəkildə erməni diasporunun maliyyə və intellektual potensialından istifadə etməyə çalışır. 1988-ci il zəlzələsindən və Qarabağ münaqişəsinin alovlanmasından sonra erməni diasporunun diqqəti Ermənistana yönəlib. Bu diqqətin gündən-günə artmasının nəticəsidir ki, Ermənistan hökuməti münaqişənin həlli istiqamətində tamamilə diasporadan asılı vəziyyətə düşüb. Sarkisyan hökuməti xaricdəki erməni təşkilatlarını razı salmayan həll modellərini qəbul etmək iqtidarında deyil». Elxan Həsənliyə görə, erməni icmalarını güclü edən amillərdən biri də insan resurslarından düzgün istifadə etmələridir. Təbii ki, gündən-günə artan maliyyə imkanları da insan resurslarını təkmilləşdirməyə imkan verir. Bu işlərin arxasında Amerikada fəaliyyət göstərən erməni maliyyə mərkəzləri durur: «Fund for Armenien Relief», «Hayastan All Armenien Fund», «United Armenian Fund», «Lincy Foundation». Bu fondların əsas fəaliyyəti Ermənistana, xüsusilə də qondarma «DQR»ə maliyyə yardımları göstərməkdən, qondarma respublikanın tanınması üçün lobbiçilik fəaliyyətindən ibarətdir. Amerika konqresmenlərinin müxtəlif yollarla ələ alınmasında bu mərkəzlərin rolu danılmazdır». Elxan Həsənli onu da qeyd edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra rəsmi İrəvan erməni diasporunun imkanlarından istifadə etmək üçün xüsusi səylər göstərir: «Ermənistan prezidenti 1991-ci ildə yaradılmış «Hayastan All Armenien Fund» təşkilatının idarə heyətinin sədridir. Fondun nizamnaməsində təşkilatın tərəfindən Ermənistanın və qondarma «DQR»in inkişafına təkan vermək, xarici investorları cəlb etmək, dünya miqyasında tanıtmaq əsas fəaliyyət dairəsi kimi seçilib. Yarandığı gündən bu günə qədər təşkilatın yatırdığı investisiyanın həcmi 160 milyondan çoxdur. 1996-cı ildən bu günə qədər hər il Los-Ancelesdə düzənlənən «Telethon» xeyriyyə marafonu vasitəsilə dünya ermənilərindən pul yığılır. Telefon vasitəsilə keçirilən 12 saatlıq xeyriyyə marafonuna hətta qeyri-ermənilər də qoşulmaqdadır. Dünyanın müxtəlif şəhərlərində yaşayan ermənilər Los Ancelesdə qeydə alınmış telefon nömrəsinə zəng etməklə ümumi erməni fonduna pul keçirmiş olurlar». Ekspert bildirib ki, xaricdə yaşayan ermənilərin bir mərkəzdə toparlanmasında erməni kilsələri əsas rol oynayır. Toy mərasimləri, dini bayramlar, rituallar əsasən kilsələrdə təşkil edilir. Milli mənsubiyyətin qorunub saxlanmasında kilsələrin rolu son zamanlar daha da artıb: «Yaşadıqları ölkələrdəki xristian kilsələrinin köməyilə möhkəmlənmiş erməni kilsəsi artıq geniş layihələr işləyib hazırlamaq və həyata keçirmək gücündədir. Avropa ölkələri hökumətlərinin ayırdığı inteqrasiya kreditlərindən yararlanmaq istiqamətində erməni diasporu türk diasporundan öndədir. Burada dini mənsubiyyət xüsusi rol oynasa da, türk təşkilatlarının böyük əksəriyyəti siyasi və ideoloji təmayül üzərində qurulduğundan və Avropa hökumətlərilə kooperasiyaya az diqqət ayırdıqlarından inteqrasiya kreditlərindən yararlanmaqda çətinlik çəkirlər». Erməni diasporunun çirkin fəaliyyətinə qarşı mübarizədə onların silahlarından istifadə etmək daha optimal görünür. Dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələrin möhkəmləndirilməsi üçün Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətilə kifayətlənmək düzgün olmazdı: «Ermənistanda olduğu kimi bir çox dövlət subyektlərinin Azərbaycan diasporu ilə sıx əlaqələr qurması daha effektli sayıla bilər. Dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi və onların imkanlarından istifadə edilməsi daha optimal yoldur. Xüsusilə də Avropa və Amerika ölkələrində elmi dərəcə almış soydaşlarımızı birləşdirəcək Koordinasiya Şurasının fəaliyyəti erməni təbliğatına qarşı görüləcək işlərin koordinasiya edilməsinə yardım edər, Avropada yaşayan soydaşlarımızın ali təsil almağa, elmə olan marağını artırmış olardı. Erməni diasporu yenidən təşkilatlanmağa, fəaliyyətini genişləndirməyə hazırlaşır. Bu istiqamətdə ən böyük təhlükə də Rusiyada fəaliyyət göstərən erməni diasporundan gəlir. Belə ki, erməni diasporunun əsas hədəfi Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamağa, iki ölkə arasında düşmənçilik toxumu səpməyə yönəlib. Avropa ölkələrində güclü bir erməni strukturu formalaşıb. Bu qurumun qondarma soyqırımın tanınması istiqamətində atdığı addımlar son zamanlar daha aqressiv forma almaqdadır ki, bu durum ölkəmizin maraqlarına birbaşa təhlükə törədir. Erməni təşkilatlarının Avropa hökumətləriylə sıcaq münasibətlərini nəzərə alsaq, Azərbaycan və Türkiyə cümhuriyyətlərinin hansı vəziyyətlə üzləşə biləcəklərini indidən söyləmək çətin deyil. Azərbaycan və Türkiyə torpaqlarına sahib çıxmağı əbədi və əzəli məqsədləri sayan erməni diasporuna qarşı mübarizənın yeni üsullarının və strategiyasının seçilməsinə ehtiyac var». Elxan Həsənli onu da vurğulayıb ki, erməni diasporunun ölkəmizə qarşı apardığı informasiya müharibəsi getdikcə güclənir: «Onların dünyanın bir çox kütləvi informasiya vasitələrini alətə çevirmələri mütəmadi hal alıb. Bu vəziyyətin özü erməni təşkilatlarının Azərbaycana qarşı apardıqları informasiya müharibəsində hər cür çirkin vasitələrdən istifadə etdiklərinə bir sübutdur. Erməni təbliğatının qarşısının alınması istiqamətində Rusiyada əhəmiyyətli işlər görülsə də, Avropa ölkələrində atılan addımların intensivləşdirilməsinə ehtiyac var. Ölkəmizi dünya ictimaiyyətinin gözündən salmağa çalışan erməni diasporunun son məqsədi Azərbaycan torpaqlarına olan iddialarını təsdiqləməyə xidmət edir. Bununla nəinki, qondarma «DQR»in müstəqilliyini tanıtdırmağa çalışırlar, həmçinin ölkəmizə qarşı yeni ərazi iddiaları üçün zəmin hazırlanır». Elxan Həsənli Geri dön |