Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Hüquq > İran arşınıyla ölçülən qanunlar
İran arşınıyla ölçülən qanunlar |
Pərviz Urmullu: «Heç bir əsasa söykənmədən, qanuna istinad etmədən kimisə qanunsuz fəaliyyətə cəhddə ittiham etməyin, onları həbsdə saxlamağın özü qanusuzluqdur»
Əliməmməd Nuriyev: «Qanunsuz fəaliyyət varsa, onun konkret nədən ibarət olduğu da göstərilməlidir» Aprelin 30-da İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, şəhriyarşünas alim Xalidə Xalid hələ də həbsxanadadır. İran televiziyasının rəsmi xəbər saytı «Iribnews»un məlumatına görə, İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əcəyi Azərbaycan vətəndaşlarının işinə tez bir zamanda baxılacağını və qısa müddətdə məlumat veriləcəyini bildirib. O deyib ki, hələlik həbs olunma səbəbilə bağlı açıqlama verə bilmir. Qeyd edək ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu Tehranda saxlanılan vətəndaşımızla bağlı mayın 1-i və mayın 6-da nota verib. Hotada Azərbaycan tərəfi saxlanılan Xalidə Xalidlə görüş istəyib. Bu notaya isə mayın 7-də qarşı tərəfdən cavab gəlib. Azərbaycan Xarici İşlər Hazirliyinin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun «qanunsuz fəaliyyətə cəhd»lə əlaqədar həbs olunduğunu açıqlayıb. Lakin notada qanunsuz fəaliyyət olaraq nələrin nəzərdə tutulduğu qeyd olunmayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə deyib ki, qanundan kənar və qeyri-qanuni hərəkətlər törədən xarici vətəndaşların hər bir hərəkətini İran təhlükəsizlik qüvvələri diqqətlə izləyir və onlara qarşı tədbirlər görür. Xatıladaq ki, Xalidə Xalid, sürücüsü Şamxal Hüseynov və daha 4 nəfər güneyli fəal Təbrizdə Məhəmməd (Oktay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Hazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulublar. Onlar Oktay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evində toplaşmışdılar. Mraqlıdır ki, İran tərəfi həbs olunanlarla bağlı Bakının sorğusuna onların «qanunsuz fəaliyyətə cəhd»lə əlaqədar həbs olunduğunu iddia edir. Amma eyni zamanda, qanunsuz fəaliyyət deyərkən nələrin nəzərdə tutulduğunu açıqlamırlar. Görəsən, qanunsuz fəaliyyətə cəhd nə deməkdir? Bu terminin arxasında hansı motivlər gizlənə bilər? Hüquqşünas Pərviz Urmullu bildirdi ki, heç bir qanuna söykənmədən kimisə qanunsuz fəaliyyətə cəhddə ittiham etməyin özü qanunsuzluqdur: «İran elə bir yerdir ki, burada verilən ittihamların konkret nədən ibarət olduğunu deməzlər. Sadəcə olaraq, hər hansı bir vətəndaşa verilən ittihamlarla bağlı ümumi fikir bildirməklə kifayətlənirlər. Ona görə də rəsmi Bakı İrandan «qanunsuz fəaliyyətə cəhd» dedikdə nəyi nəzərdə tutduqlarını soruşmalıdır. Ümumiyyətlə, İranda son günlər Azərbaycan vətəndaşlarının həbs edilməsinin qanuni tərəfi var ki, onlara münasibətdə məğzi aydın olmayan «qanunsuz fəaliyyətə cəhd» ittihamı irəli sürülsün. Molla rejimi «qanunsuz fəaliyyətə cəhd» dedikdə güman ki, həm də şəriətə söykənəcəklərini bildirmək istəyib. Əslində hər hansı bir şəxs İranda qanunsuz fəaliyyət göstəribsə, bunu deyənlər həmin fəaliyyətin nədən ibarət olduğunu da açıqlamalı idilər. Azərbaycan tərəfi İrana gedən Xalidə Xalidin şəhriyarşünas olduğunu və elmi işlərlə bağlı çalışdığını, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundan icazə alaraq ora getdiyini əsaslandırmalıdır. İranın isə məhkəməyə əsaslanmadan «qanunsuz fəaliyyətə cəhd»də kimisə ittiham etməsi absurddur. Həm də onların qanunsuz fəaliyyətlə məşğul olduqlarını sübutlarla əsaslandırmalıdırlar. Amma ortalıqda bunlar yoxdur. Deməli bununla İran özü qanundan, məsuliyyətdən qaçır. Heç bir əsasa söykənmədən, qanuna istinad etmədən kimisə qanunsuz fəaliyyətə cəhddə ittiham etməyin, onları həbsdə saxlamağın özü qanusuzluqdur». Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də qeyd etdi ki, İranın saxladıqları Azərbaycan vətəndaşları ilə bağlı irəli sürdükləri qanunsuz fəaliyyətə cəhd ifadəsinin məzmunu yoxdur: «Həmin sözlər sadəcə olaraq mənasız sözlərdən ibarət bir cümlədir. Qanunsuz fəaliyyət varsa, onun konkret nədən ibarət olduğu da göstərilməlidir. Həmin şəxslərin konkret olaraq hansı cinayət əməlinə görə ittiham olunduğu bildirilməli idi. Ona görə də hesab edirəm ki, İranın saxladıqları Azərbaycan vətəndaşları barədə dediyi bu bəyanatlar cəfəngiyatdır. Həmin bəyanatın arxasında əslində tamam başqa məqamlar gizlənir. Xalidə xanım ədəbiyyatşünaslıqla məşğul olan alimdir. Görünür, onun GünAz televiziyasındakı çıxışları bəzilərinin xoşlarına gəlməyib. Buradan belə başa düşmək olar ki, onun həbsi daha çox ifadə azadlığı ilə bağlıdır. Bu da İran rejiminin mahiyyətindən doğan əməldir. Eyni zamanda, Tehranın bu hərəkətində başqa siyasi məqsədlər də var. Azərbaycanda qarşıdan prezident seçkiləri gəlir. İranın isə ölkəmizlə bağlı məsələdə bir sıra istəkləri var. İran kütləvi informasiya vasitələri Azərbaycan rəsmisinin ora səfərindən sonra olmayan məqamları qabardıblar. Bu onu göstərir ki, İranın rəsmi ideologiyası əsasən Azərbaycana qarşı iftira və böhtan kampaniyasını davam etdirməyə yönəlib. Onun əsasında da Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət dayanır. Azərbaycan dövlət olaraq xarici siyasətində müstəqil və balanslaşdırılmış siyasət yürüdür. Ola bilsin Azərbaycanın bir sıra müttəfiq və dostları İranın xoşuna gəlməyib. İran ölkəmizin strateji partnyor olaraq İsraillə əməkdaşlıq etməsindən tez-tez əndişələnir. İsrail İrandan fərqli olaraq hər zaman Azərbaycanın milli maraqlarını nəzərə alıb. Ona qalarsa, İran niyə Ermənistanla əməkdaşlıq edir, ona hərtərəfli yardımlar göstərir? Əslində İranın bu siyasəti onun səmimiyyətdən uzaq olmasını göstərir. Qonşu ölkə və ortaq mədəniyyətə malik olmasına baxmayaraq, İranın bütün dövrlərdəki fəaliyyəti Azərbaycana qarşı yönəlib. İran tərəfdən yürüdülən siyasətlə bağlı ölkəmizə hər hansı göstərişlərin verilməsi və bu istiqamətdə fikirlərin söylənilməsi məntiqə və beynəlxalq siyasətin prinsiplərinə ziddir. Bir qədər əvvəl İran rejimi Azərbaycanlı yazıçıları həbs etmişdi, indi də alimlərimizə qarşı eyni addımı atır. Molla rejiminin bu addımları hüquqa zidd əməllərdir. İran rəsmilərinin həbs olunan soydaşlarımızla bağlı həmin açıqlamalarında hüquqdan başqa nə desən var. Qadına münasibətdə belə bir hərəkətə yol vermək əxlaqa, mənəviyyata sığmayan məsələdir. Əminəm ki, yüksək intelektə malik Xalidə xanım heç vaxt qanuna zidd hərəkət etməz və onlar İrana getdiklərini də başa düşürdülər. Ona görə də İran rəsmilərinin bu istiqamətdəki fikirləri cəfəngiyatdır və hesab edirəm ki, bu Tehranın rəsmi təbliğatının növbəti uydurmalarından biridir». Rüfət Sultan Geri dön |