Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan gələn il neft hasilatını sabit saxlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan gələn il neft hasilatını sabit saxlayacaq

Azərbaycan gələn il neft hasilatını sabit saxlayacaq


Azərbaycanda gələn il üçün neft hasilatı bu ilki həddə, yəni təqribən 45-46 mln. ton həcmində proqnozlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, hasilatın bu həddə saxlanılması neft yataqlarının daha keyfiyyətli işlənilməsinə olan ehtiyacla bağlıdır.

Vitse-prezident bildirib ki, hasilatın qeyd olunan həcmdə olması dünya bazarında neftin qiyməti ilə bağlı deyil. «Hətta dünya bazarında neftin qiyməti artsa belə, hasilat artırılmayacaq», - deyə X.Yusifzadə qeyd edib.

Geri dön