Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb

Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb


İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Azərbaycanın nümayəndəsi Fərid Məmmədov mayın 18-də "Hold on" mahnısı ilə həmin müsabiqənin finalında çıxış edəcək.
İkinci yarımfinalda Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlyandiya, Malta, Bolqariya, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norvec, Albaniya, Gürcüstan, İsveçrə, Rumınıya təmsilçiləri səhnəyə çıxıblar.
Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci yarımfinalın ilk finalçısı Macarıstan olub. Növbəti finalçıların sırası isə belə olub: Azərbaycan, Gürcüstan, Rumınıya, Norvec, İslandiya, Ermənistan, Finlyandiya, Malta, Yunanıstan.
Məlumat üçün bildirək ki, "Malmö arena"da keçirilən müsabiqədə 39 ölkədən müğənnilər iştirak ediblər. İsveçin üçüncü böyük şəhəri olan Malmö (əhalisi 300 min) hələ 1992-ci ildə "Eurovision"a ev sahibliyi edib. Müsabiqənin qaydalarına görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə "Eurovision"a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin "Euphoria" mahnısı ilə qalib olmuşdu.
"Eurovision-2013"ün finalı mayın 18-də keçiriləcək.

Geri dön