10.01.2017 [10:36] - Hadisə
İŞİD Türkiyənin müxalifət partiyası CHP lideri Kemal Kılıçdaroğluna sui-qəsd planlayıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, rəsmi orqanlar bununla bağlı CHP liderinə xəbərdarlıq ediblər.
Baş naziri Binali Yıldırım ölkənin əsas müxalifət partiyası olan CHP-nin lideri Kemal Kılıçdaroğlunu ona qarşı sui-qəsd planlaşdırıldığına dair xəbərdar edib.
İŞİD terror təşkilatının sui-qəsd planlaşdırdığına dair kəşfiyyat məlumatı əldə etdiklərini bildirən Yıldırım gecəyarı Kılıçdaroğluna zəng edərək onu bu barədə məlumatlandırıb və bu səbəbdən onu zirehli avtomobillə təmin etmək istədiklərini söyləyib.
Türkiyə kəşfiyyat xidmətinin əldə etdiyi sui-qəsd planına görə, terrorçular diqqət çəkmədən Kılıçdaroğlunun avtomobilinə yaxınlaşmaq üçün siyasətçinin kortejindəki avtomobillərdən birinin eynisini seçəcəklər. Terrorçuların olduqları avtomobil Kılıçdaroğlunun hərəkət etdiyi avtomobilə yaxınlaşaraq onu partladacaq.
N.S

Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |