Şrift:
Türkiyə parlamentinin sədri yenidən xəstəxanaya yerləşdirilib
10.01.2017 [10:44] - Hadisə
“Türkiyə parlamentinin sədri İsmail Kahramanın səhhəti yaxşıdır”.
Bunu onun müalicə olunduğu Güvən xəstəxanasından bildiriblər.
Məlumata görə, onun ağciyərində infeksiya təsbit edildiyindən müalicəsi ciddi rejimdə davam etidirilir.
Xəbərdə həmçinin vurğulanıb ki, İsmail Kahraman Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə qatılmayacaq və bu məsələ ilə bağlı parlamentdəki səsvermədə iştirak edə bilməyəcək.
***12:40
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Kahraman ağır vəziyyətdə yenidən reanimasiyaya yerləşdirilib.
Cərrahiyyə əməliyyatından sonra onun vəziyyəti yenidən ağırlaşıb.
Qeyd edək ki, ötən il dekabrın 30-da Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman cərrahiyə əməliyyatı olunub.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ paytaxt Ankaradakı "Güvən" xəstəxanasında keçirilən cərrahiyyə əməliyyatı 5 saat davam etdiyini və uğurla başa çatdığını söyləmişdi.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed