Şrift:
Türkiyədə polis idarəsinə silahlı hücum olub, ölən var
11.01.2017 [10:15] - Hadisə
Qaziantepdə Polis İdarəsinə hücum edən terrorçu məhv edilib.

3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb.

***

16.39

Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.

Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb və hazırda davam edir.

Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed