Şrift:
Filippində güclü sualtı zəlzələ olub
11.01.2017 [10:37] - Hadisə
Sulavesi dənizinin Filippin sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ böyük dərinlikdə baş verdiyinə görə ciddi dağıntılara və sunamiyə səbəb olmayıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun əməkdaşı Renato Solidum bildirib ki, dəniz səthindən 625 kilometr dərinlikdə yerləşən okean plitələrinin hərəkəti nəticəsində baş verən təkanlar ölkənin cənubunda yerləşən General Santos şəhərində hiss olunub. Zəlzələnin episentri Sulu əyalətindən 223 kilometr cənub-şərqdə yerləşib. Bununla yanaşı, təkrar təkanların baş verəcəyi də gözlənilir.

R.Solidum əlavə olaraq deyib ki, həmin ərazilərdə dərin sularda yeraltı təkanlar nadir hallarda baş versə də, keçmişdə belə hadisələr dəfələrlə qeydə alınıb.

Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed