13.03.2019 [11:24] - İdman
Formula 1-in rəhbəri Çeyz Kerinin sözlərinə görə, çempionatın 2020-ci il təqvimində ən azı 21 yürüş keçiriləcək. Ona, həmçinin Kral yürüşlərinin növbəti mövsümündə mərhələlərin sayının azala biləcəyi barədə sual verilib.
Ç.Keri cavabında hər şeyin mümkün ola biləcəyini deyib. “Bu gün bizim təqvimdə yerləşdirə biləcəyimizdən daha çox yürüşlərimiz var. Mənə elə gəlir ki, onları təqvim üçün ayırmaq çətin olacaq. Biz hələ bütün bunlar haqqında ortaq məxrəcə gəlməmişik. Lakin sözsüz ki, Formula 1-ə olan maraq təqvimi necə doldurmağımızda bizə variantlar verəcək”, - deyə Keri “RaceFans” saytının sualını cavablandırıb.
Daha əvvəl Çeyz Formula 1-in 2019-cu il üçün prioritetlərini açıqlayıb.
“Əsas prioritet təkcə texnologiya planında liderliyi davam etdirmək deyil, həm də insanlara hibrid güc qurğularının inkişafı fonunda böyük effektivliliyə nail olmağımızı nümayiş etdirməkdir. Biz atmosferə buraxılan karbon qazı tullantılarının azaldılması üzrə işləri davam etdirəcəyik.
İkinci prioritet isə Formula 1-in hamı üçün idman növü olmasını hər kəsə çatdırmaqdır. Bu, o deməkdir ki, qadınların da trasda və onun hüdudlarından kənarda iştirak etmək imkanları vardır. Biz Formula 1-i dünyanın hər bir guşəsində inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Biz istəyirik ki, çempionat özünün sehrini və cazibədarlığını qoruyub saxlasın, lakin bununla yanaşı, azarkeşlər üçün daha açıq olsun”, - deyə Keri bildirib.

Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |