14.03.2019 [11:31] - İdman
Formula 1 Avstraliya Qran-Prisinin təşkilatçıları yeni mövsümü Melburnda “Liberty Media” ilə birlikdə təmtəraqlı mərasimlə açıblar.
Mərasimi Formula 1-in keçmiş pilotu Mark Uebber və Cessika Yeyts aparıblar. Çempionatın rəhbərləri və on komandanın pilotları çoxsaylı tamaşaçıların alqış sədaları altında şəhərin mərkəzindəki Federasiya meydanında qurulmuş səhnəyə çıxıblar. Onlar 2019-cu ildə öz məqsəd və vəzifələrindən danışıblar.
“Mercedes”in rəhbəri Toto Volff deyib: “Mövsümə maraqlı şou ilə başlamaq çox gözəl haldır. Çox xoşdur ki, Melburnda Formula 1-ə belə ruh yüksəkliyi ilə yanaşırlar. Melburn mənim sevimli şəhərlərimdən biridir. Mən mövsümə başlamaq üçün dünyanın o biri ucuna gəlməyə həmişə şadam”.
“Mercedes”in pilotu Lyus Hemilton qeyd edib: “Şouda bu qədər tamaşaçı görəcəyimi gözləmirdim. Hamını salamlayıram. Bəxtim gətirib, çünki mövsümarası dövrdə o qədər iş görmüşəm ki. Çox fəal məşq etmişəm və mövsümə hazırlaşmışam. Axı, qarşıda çoxlu yürüş var. Əgər bugünkü şouya bu qədər azarkeş gəlibsə, deməli, bizi maraqlı həftəsonu gözləyir. Mən Melburna bir neçə gün əvvəl gəlmişəm. Bu şəhər mənim çox xoşuma gəlir. Bura çox gözəldir”.
“Alfa Romeo”nun pilotu Kimi Raykkonen deyib: “Testlərdən sonra qüvvələr nisbəti barədə mühakimə yürütmək çətindir. Biz öz tərəfimizdən gücümüz nəyə çatırsa, onu da edəcəyik. Məncə, bizi gərgin mübarizə gözləyir. Maşınımız yaxşıdır, lakin bu, yetərli olacaqmı və hansı mövqelərdə olacağıq, hələlik məlum deyil”.
“Red Bull Racing”in pilotu Maks Ferstappen deyib: “Bu qədər azarkeş görmək xoşdur. Bazar günü svetoforun qırmızı işıqlarının sönməsini və yürüşə başlamağımızı səbirsizliklə gözləyirəm. Bu qış bir qədər istirahət etmək çox yaxşı oldu, lakin mən sükan arxasına dönmək istəyirəm. Yaxşı ki, bu məqam gəlib çatdı”.
“Red Bull Racing”in rəhbəri Kristian Horner deyib: “Bu il biz “Honda” ilə çox ümidverici tərəfdaşlığa başlayırıq. Barselonadakı testlər ümidverici olub. Lakin realist olmalıyıq. “Mercedes” və “Ferrari”dən yetərincə geri qalmışıq. Lakin əminik ki, bu il irəli çıxa biləcəyik. Bizim əla pilotlar heyətimiz və güclü komandamız var. Mən mövsümün açılmasını səbirsizliklə gözləyirdim”.

Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |