Şrift:
Azərbaycan triatlonçuları yeni mövsümə Avstraliyada start veriblər
18.03.2019 [10:59] - İdman
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avstraliyada keçirilən dünya kuboku yarışlarında altıncı olub.

Azərbaycan Triatlon Federasiyasından bildiriblərki, idmançımız 64 triatlonçunun mübarizə apardığı yarışı 52 dəqiqə 27 saniyəlik nəticə ilə başa vurub.

R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 01 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 28 dəqiqə 16 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 51 saniyə nəticə ilə tamamlayıb.

Yarışın qalibi kanadalı Tayler Mislavçuk olub.

Dünya kuboku yarışlarında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 23-cü çatıb.

Qeyd edək ki, triatlonçularımız “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edirlər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed