Şrift:
Daşkəsən və Gədəbəyə güclü qar yağıntısı düşüb
12.11.2011 [17:25] - Gündəm
Rayon mərkəzində qarın qalınlığı 15 santimetrə, dağlıq ərazilərdə isə 40 santimetrə çatır

Gecə saatlarından başlayaraq respublika ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsi Qərb rayonlarında güclü yağıntılara səbəb olub. Gəncə şəhəri və ətraf bölgələrə yağış, Daşkəsən və Gədəbəy rayonlarına isə qar yağmağa başlayıb. Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, ötən gecədən başlayan yağıntı nəticəsində rayon mərkəzində qarın qalınlığı 15 santimetrə, dağlıq ərazilərdə isə 35-40 santimetrə çatıb: “Yağıntılarla əlaqədar Gəncə-Daşkəsən avtomobil yolunda avtomobillərin hərəkətində heç bir problem yoxdur. Buzlamanın qarşısını almaq üçün yollara mütəmadi olaraq duz və qum səpilir. Qarın yağması ilə əlaqədar gecə saatlarında bəzi məntəqələrdə elektrik enerjisinin verilişində fasilələr yaransa da, əraziyə cəlb edilmiş briqadaların səyi nəticəsində problem aradan qaldırılıb. Rayon ərazisində mavi yanacağın verilişində heş bir problem yoxdur”.

Gədəbəy rayon fövqəladə hallar komisssiyasının sədri Qüdrət Paşayevin Qərb bürosuna verdiyi məlumata görə, gecə saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağır: “Hal-hazırda davam edən yağıntı nəticəsində rayon mərkəzində qarın qalınlığı 15 santimetr təşkil edir. Qar yağmasına baxmayaraq, rayon ərazisində avtomobil yolları açıqdır. Avtomobillərin hərəkətində heç bir problem yoxdur. Rayon ərazisində elektrik enrjisinin və mavi yanacağın verilməsində fasilələr yaranmayıb”.

Qeyd edək ki, hazırda hər iki rayonda qar yağıntısı davam edir.
Bu xəbər oxucular tərəfindən 1021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed