Şrift:
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb
07.11.2024 [10:12] - Türk dünyası-Turan
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətlərini ŞKTC-ni tanımağa, Türk Dövlətləri Təşkilatına üzv qəbul etməyə çağırıb.

TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən Ersin Tatar deyib ki,

Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyü ilə Türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək. Ersin Tatar ŞKTC-nin dəniz və hava limanlarının Türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb: “ŞKTC Aralıq dənizində strateji bir mövqeyə malikdir və biz imkanlarımızı qardaş dövlətlərə təqdim etməyə hazırıq. ŞKTC-nin tanınmasında Türk dövlətlərinin dəstəyi böyük önəm daşıyacaq”.

Ersin Tatar ŞKTC-də təhsilin inkişafına da diqqət çəkib və bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed