17.05.2013 [11:56] - Gündəm, Siyasət
Polşanın Azərbaycandakı səfiri Mixal Labendanın sözlərinə görə gələn ay Polşadan Bakıya üç nümayəndə heyətinin səfəri gözlənilir. O bildirib ki, Polşa daxili işlər nazirin müavini Pyotr Staxançik iyunun 13-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində əsas müzakirə mövzusu sərhədlərin qorunması olacaq.
Onun ardınca iyunun 20-də Polşa xarici işlər nazirin iqtisadi məsələlər üzrə müavini Azərbaycana səfər edəcək və səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Polşadan iyun ayında sonuncu səfər iyunun 21-də gerçəkləşəcək. Bu tarixdə Polşanın nəqliyyat naziri Slavomir Novak Bakıya gələcək. Səfər çərçivəsində nazir Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək və görüşlərin nəticəsində iki müqavilənin imzalanması gözlənilir.
Səfir onu da əlavə edib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərdən sonra hökumətlərarası komissiyanın növbəti iclasın keçirilməsi də gözlənilir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |