Şrift:
Yeni, müasir təhsil ocaqlarımız artmaqdadır.
17.05.2013 [12:32] - Sosial
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Buzovna qəsəbəsində 26, 125 və 206 nömrəli məktəblərin yeni korpusunun tikintisi işləri həyata keçirilir.
Qala qəsəbəsində yerləşən 185 nömrəli məktəbdə 840 yerlik yeni korpusun, Binə qəsəbəsində isə 121 nömrəli məktəbin 20 əlavə sinif otağının, idman və akt zalının tikintisi davam etdirilir.
Həmçinin Buzovna qəsəbəsində 289 nömrəli uşaq bağçası sökülərək, yeni 2 mərtəbəli binanın və 4 nömrəli uşaq incəsənət məktəbinin əlavə zalının tikintisi tamamlanmaq üzrədir.
Hazırda Türkan qəsəbəsində yeni uşaq bağçasının tikintisi davam etdirilir. Bu da onu göstərir ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil müəssisələrinin inşasına diqqət artırılmışdır.
Təhsilə ayrılan bu diqqət Azərbaycan xalqının inkişafında mühim rol oynayır.

DAVAM.az Leyla
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed