Şrift:
Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu
17.05.2013 [12:42] - İqtisadiyyat
Mayın 25-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək.
«APA-Economics»in verdiyi məlumata görə, biznes forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili və digər rəsmi şəxslər və iş adamları iştirak edəcəklər. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan sahibkarları arasında özlərinə tərəfdaş tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcək.
Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed