Şrift:
Məhəmməd Əmin Rəsulzadə haqqında ensiklopediya nəşr edilib
18.05.2013 [10:42] - Gündəm, Mədəniyyət
Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini əks etdirən ensiklopediya işıq üzü görüb. M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarixçi Nəsiman Yaqublunun 25 ilə hazırladığı kitab 600 səhifədən ibarətdir və əsərdə tarixi şəxsiyyətin 8 ölkədəki fəaliyyətini əks etdirib. Kitabda Rəzulzadənin yaratdığı təşkilatlar, nəşr etdiyi qəzet və jurnallar, bütün tədbirlərdəki çıxışları və ilk dəfə olaraq bütün əsərlərinin biblioqrafiyası yer alıb.

Rəsulzadə Azərbaycan tarixi ilə bağlı, ədəbiyyatı ilə bağlı, mədəniyyəti və siasəti ilə bağlı tamamilə yeni konsepsiyalar irəli sürüb. Və bu konsepsiyaları biz bu ensiklopediyada vermişik. Yəni bu konsepsiyalar açıqlanarsa mənə elə gəlir ki, Azərbaycan tarixi yenidən yazılmalıdır.

Kitabda dünyanın ən görkəmli şəxsiyyətlərinin Rəsulzadə haqda fikirləri də var. Müəllif Məhəmməd Əmin Rəzulzadənin fəaliyyət göstərdiyi bütün ölkələri gəzərək arxivlərdən əldə etdiyi nadir tarixi sənədlər və şəkilləri də kitabda yer almış məlumatlara əlavə edib. Ensiklopediyada Məhəmməd Əminin əsərlərini yazdığı 15 imzası da toplanıb.
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed