Şrift:
Türkiyəli rəssamlar Ginnes rekordunu yenilədi
18.05.2013 [12:41] - Türk dünyası-Turan, Mədəniyyət
İstanbulda dünyanın yerdə çəkilmiş ən böyük rəsm əsərini yaradılıb
Türkiyəli rəssam dünyanın yerdə çəkilmiş ən böyük rəsm əsərini yaradaraq, “Ginnes”in Rekordlar Kitabına adlarını yazdırıblar. İstanbulda çəkilən rəsm əsəri 12 min kvadrat metr sahəni tutur. Başqa sözlə desək, 2 futbol meydançası böyüklüyündədir.

Bu rekordun təşkilatçısı və əsas icraçısı Akın Candemir adlı 25 yaşlı karikaturaçı-rəssamdır. Lakin o, bu işi təkbaşına görməyib. Layihədə 460 nəfər iştirak edib ki, onların da 260-ı könüllü tələbələr olub.

Xəritəçəkmə mühəndisləri də Türkiyə İdman və Gənclər Nazirliyinin dəstəklədiyi bu layihədə iştirak edib və rəsm 5 günə hazır olub.

Qeyd edək ki, “Ginnes” Rekordlar Kitabına düşmüş nəhəng rəsm əsərini İstanbulun 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifi ilə bağlı çarxda da görmək mümkün olacaq.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed