18.05.2013 [12:59] - Xəbərlər, Gündəm
Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edilib.
Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, laçınlı məcburi köçkünlər iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən şəhid olmuş soydaşlarımızın xatirəsi yad edilib, məzarları üstünə güllər düzülüb.
Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarının işğal edən Ermənistanın arxasında dünyanın böyük gücləri dayanıb: “Ancaq bugünkü Azərbaycan elə bir vəziyyətdədir ki, əlverişli vəziyyət yaranan kimi torpaqlarımızı işğaldan azad edə bilərik. Mən bunu həm ordunun potensialına, həm də Azərbaycan xalqının, gəncliyinin münasibətinə güvənərək keçmiş hərbçi kimi deyirəm. İndiki Azərbaycan xalqı 1992-ci ildə olan xalq deyil. O vaxt xaos idi, indi qüdrətli ordumuz var. Azərbaycan xalqı torpaqlarını ermənilərə hədiyyə vermək fikrində deyil. Ona görə də inanıram ki, Azərbaycan erməniləri hərbi yolla məğlub edəcək, diz üstə çökdürəcək, torpaqları geri qaytaracaq”.

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |