20.05.2013 [10:20] - Xəbərlər
Kəpəz TV-i məlumat verir ki, Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Bəxtiyar Rəhimovun Kəpəz TV-yə verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib.
"VAZ 21011" markalı avtomobillə "VAZ 21074" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər, 47 yaşlı Gülnarə Hüseynova, 33 yaşlı Xaliq Mehdiyev, 37 yaşlı Rasim Ələsgərov, 34 yaşlı Tofiq Əliyev dünyasını dəyişib, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.
Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində xəsarət alanlar "VAZ 21074"-ün sürücüsü - Gədəbəy sakini 30 yaşlı Elçin Quliyev, Şəmkirin Çənlibel kənd sakini 25 yaşlı Mübariz İsmayılov, Gədəbəy sakini 43 yaşlı İmran Orucov və "VAZ 21011"-in sürücüsü Gədəbəy sakini 27 yaşlı Arzu Musayevdir.
Faktla bağlı araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |