Şrift:
Almaniyada Güney Azərbaycan milli qiyamının növbəti ildönümündə aksiya keçiriləcək
20.05.2013 [16:22] - Güney Azərbaycan xəbərləri, Diaspor
Almaniyanın Köln şəhərində Güney Azərbaycanın Milli Qiyamı (2006-cı il 22 may hadisələri) ildönümü ilə bağlı aksiya keçiriləcək.

Bununla bağlı yayılan bildirişdə deyilir: “Bu gün Azərbaycan türk milləti yenə də tarix yaratdı. Beləliklə bizim millətimiz ölkəmizin çoxlu şəhər və kəndlərində İranda hakim fars irqçi və müstəmirə hökumətinin bizim millətimizi təhqir və aşağılama siyasətinə qarşı öz mədəni etirazını nümayiş etdirdi. İran rejimi isə bu mədəni hərəkətə vəhşicəsinə cavab verdi".
Bu günü yadda saxlamaq və İranın cinayətkar rejiminin cinayətlərini və milli fəalları yasadışı tutuqlamalarını dünya ictimaiyyətinə çatdırmaq üçün May ayının 25-də Almaniyanın Köln şəhərinin mərkəzi sayılan Dom kilsəsinin qarşısında saat: 12-dən 16-dək aksiya keçiriləcək.
Soydaşlarımızın aksiyaya qatılmaları istənilir.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed