13.11.2011 [12:31] - Sağlıq
Rusiya Elmlər Akademiyası (REA) Sibir şöbəsinin Kimyəvi biologiya və Fundamental təbabət İnstitutundan olan mikrobioloqlar xərçəngin ilkin diaqnostikasını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla onkologiyada çevriliş edəcəklərini vəd ediblər. Xarici analoqlardan fərqli olaraq, Rusiyada hazırlanan test aşağı qiyməti və nəticələrin yüksək dəqiqliyi ilə fərqlənir. Bu barədə "AMİ-TASS" xəbər verir.
Hazırda diaqnostikanın geniş yayılmış metodları bahalı, ağrılıdır və dəqiqliyə 70-75 faizdən artıq zəmanət vermir. Üstəgəl, diaqnostikanı həyata keçirən nəhəng qurğuları heç də bütün tibb mərkəzlərində yerləşdirmək mümkün olmur. Statistikaya gəldikdə isə, Rusiyada, məsələn, süd vəzisi xərçəngi ilkin mərhələdə yalnız 15-20 faiz hallarda aşkar edilir.
Rus alimlərinin hazırladıqları texnologiya isə başlanğıc mərhələdə süd vəzisi xərçəngini 90 faiz aşkar edir. Test artıq kliniki sınaqdan keçib. Pasiyentin sadəcə olaraq qan verməsi, 100 rubl ödəməsi və nəticəni gözləməsi lazım gəlir. Gün ərzinə sadə laborant hətta səhra şəraitində belə 50-dək adamı sınaqdan keçirə bilər. Test qan cisimlərinin səthilə bağlı DNK turşusunun təhlükəli hissələrinin aşkar edilməsini nəzərdə tutur.
Testin hazırlanması ilə məşğul olan qrupa REA SŞ-nin aparıcı elmi əməkdaşı Pavel Laktioniv rəhbərlik edir. İxtira artıq patentlə müdafiə olunur və perspektivdə beynəlxalq səviyyədə təqdim olunacaq. İlkin qiymətləndirmələrə görə, onun tətbiqinə 2012-ci ildən başlanacaq.

Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |