20.05.2013 [17:01] - Xəbərlər, Güney Azərbaycan xəbərləri
Azərbaycan Milli Elmlər Akademiyasının Təbrizdə həbs edilən əməkdaşı, Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhiyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.
Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. Səfir hər iki şəxsin mayın 19-da səhər saatlarında azadlığa buraxıldığını deyib. Hazırda İranda səfərdə olan Azərbaycan Milli Məclisinin komitə sədri Eldar İbrahimov da APA-ya açıqlamasında Xalidə Xalidin və sürücüsünün azadlığa buraxıldığını təsdiqləyib.
O deyib ki, səfər çərçivəsində onlara hər iki Azərbaycan vətəndaşının azadlığa buraxılması barədə məlumat verilib. E. İbrahimov bu şəxslərin Azərbaycana dönəcəkləri vaxtla bağlı dəqiq məlumatı olmadığını da bildirib.
Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunmuşdur.

Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |