21.05.2013 [13:38] - Gündəm, Mədəniyyət
Azərbaycan Dillər Universitetində (ADU) 21 may - Dialoq və İnkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADU rektoru, millət vəkili Səməd Seyidov xatırladıb ki, bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 ili tamam olacaq. Bu günün tarixi vacibliyindən danışan rektor eyni zamanda ölkədə mövcud olan mədəni müxtəlifliyin əhəmiyyətini də qeyd edib.
Daha sonra rəhbərlik etdiyi universitetin fəaliyyətindən danışan S.Seyidov bildirib ki, hazırda ADU-da bir çox mədəniyyət mərkəzi uğurla fəaliyyət göstərir: “Azərbaycan Dillər Universiteti sanki Birləşmiş Millətlər Təşkilatıdır”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Antonius Bruk bu günün tarixindən və əhəmiyyətindən danışıb. O bildirib ki, mədəni müxtəliflik əməkdaşlığı daha da gücləndirir və mövcud olan stereotiplərin aradan qaldırılmasında kömək edir.
Daha sonra universitet tələbələrinin ifasında qonaqlara Uilyam Şekspirin əsərlərindən səhnəciklər göstərilib.
Qeyd edək ki, 21 may - Dialoq və İnkişaf naminə ümumdünya mədəni müxtəliflik günü BMT Baş Assambleyasının 2003-cü ilin fevralın 20-də qəbul edilən qətnaməsindən sonra hər il qeyd olunur.

Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |