21.05.2013 [16:13] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərin Azərbaycana qarşı yeni ərazi iddialarını əks etdirən xəritə aşkarlayıb.
APA-nın xəbərinə görə, G.Baxşəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, yeni aşkarlanan xəritədə Azərbaycan əraziləri Azərbaycanın işğalı altında olan erməni əraziləri kimi təqdim edilir.
Xəritədə hətta işğal altında olmayan Gəncə, Bərdə və digər ərazilər də erməni torpaqları kimi təqdim edilib: “Həmin xəritə ermənilərin nə qədər irəliyə gedən planlarının olduğunu bir daha göstərir. Xəritədə müxtəlif ərazilər müxtəlif rəngdə göstərilib. Xəritədə bir rənglə göstərilən ərazilər Azərbaycan tərəfindən işğal edilən və hazırda da Azərbaycanın işğalında olan erməni əraziləri kimi göstərilib. Onlar Dağlıq Qarabağa və onun ətraf rayonlarının hamısına erməni adları qoyublar. Azərbaycan alimlərinin ermənilərin belə əsassız iddialarına cavab verməsi çox vacibdir. Hazırda bu istiqamətdə iş aparılır”.
G. Baxşəliyeva deyib ki, yaxın zamanlarda ermənilərin Qafqaza gəlmə millət olduqlarını sübut edən xəritələr toplu halında çap olunacaq: “Artıq Türkiyədən də bır sıra xəritələr gətirilib. Hazırda ABŞ-dan da tarixi xəritələrin gətirilməsi üçün iş aparılır. Bütün tarixi xəritələr toplandıqdan sonra onlar ətraflı məlumatlarla birgə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində kitab şəklində çap olunacaq. Elm aləmi çoxdan bilir ki, ermənilər Qafqaza gəlmə millətdir. Bu kitab vasitəsilə geniş dünya ictimaiyyəti də bu faktla daha yaxından tanış olacaq. Bütün tarixi xəritələrdə Qafqaz ərazisində Ermənistan göstərilməyib. Yeni aşkarlanmış xəritələr isə ermənilərin Qafqaza sonradan köçüb gələn bir millət olduğunu bir daha təsdiqləyir”.

Bu xəbər oxucular tərəfindən 3602 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |