22.05.2013 [10:06] - Xəbərlər, Hadisə
İraqda çərşənbə axşamı terror aktları nəticəsində qurbanlarının sayı 29-a çatıb, 100-dən çoxu yaralanıb. Bu barədə RİA Novosti agentliyi məlumat verir.
Əsasən şiələrin məskunlaşdıqları Salahəddin əyalətinin Tuz-Xurmatu şəhərində silahlılar tərəfindən iki minalanmış avtomobil partladılıb. Bununla da üç nəfər terror aktının qurbanı olub və 44 nəfər yerli sakin yaralanıb, 10-a yaxın binaya zərər vurulub. Partlayıcı qurğuların yolda quraşdırılması nəticəsində Kərkük şəhərində iki nəfər həlak olub və 25 nəfər yaralanıb.
Bağdadın qərbindəki Əbu-Qərib şəhərində törədilmiş partlayış beş nəfərin həyatına son qoyub, təxminən 20-si yaralanıb. Baakuba şəhərində naməlum silahlı şəxslər tərəfindən iki sünni güllələnib, şəhər bazarında iki partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |