13.11.2011 [12:42] - Gündəm
Ərəb Dövlətləri Liqası (ƏDL) Suriyanın təşkilatdakı üzvlüyünün müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
“Associated Press”-in xəbərinə görə, 18 ölkə qərarın lehinə, Suriya, Livan və Yəmən isə əleyhinə səs verib. İraq səsvermədə bitərəf qalıb.
Qətərin xarici işlər naziri Şeyx Həməd bin Casem deyib ki, bu qərarın qəbul edilməsinə Dəməşqin ölkədəki böhranın həll edilməsi ilə bağlı ƏDL-in planının şərtlərini pozması səbəb olub.
Suriyanın ƏDL-dəki üzvlüyü rəsmən noyabrın 16-dan dayandırılacaq. Bu vəziyyət ölkədə qan tökülməsi dayandırılana qədər davam edəcək. Eyni zamanda ƏDL-in qərarında təşkilat üzvü olan ölkələrə səfirlərini Dəməşqdən geri çağırmaq tövsiyə edib, Suriyaya qarşı iqtisadi sanksiyaların tətbiq olunması haqqında qərar qəbul edib. Suriyanın ƏDL-dəki təmsilçisi Yusif Əhməd qərarı təşkilatın “Qərb qarşısında xidmət etmək arzuları” ilə izah edib.
Qeyd edək ki, Suriya 22 üzvü olan ƏDL-in qurucularından biridir. Bu ilin əvvəlindən indiyədək ölkədə hökumət qoşunları ilə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 3500 nəfər öldürülüb.

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |