22.05.2013 [11:56] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Güneyli vəkil Musa Bərzin Amerikanın Səsinə müashibədə bildirib ki, Təbriz və Marağa İnqilab Məhkəmələrinin hakimləri milli fəallara qarşı sərt hökmlər çıxarmaqla həm İran qanunları, həm də insan hüquqları konvensiyalarını pozublar. Bu haqda bəyanatı cənab Bərzin milli fəal Oxtay Vəlizadə, eləcə də Yeni GAMOH təşkilatının üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadənin uzun müddətli həbs cəazalarına məhkum edilməsindən sonra verib.
Ötən həftələrdə, Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinin hakimi “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplaşmalar təşkil etmək” ittihamını irəli sürərək Yeni GAMOH liderlərinin hər birini səkkiz il, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə isə əlavə olaraq bir il həbs cəzasına məhkum edib. Musa Bərzinin fikrincə Yeni GAMOH üzvlərinin təhlükəsizliyi pozmaqda günahlandırılmaları İran qanunlarına belə uyğun deyil.
Bu ittihamda təhlükəsizlik deyəndə xalqın təhlükəsizliyi qəsd edilir. Halbuki bu qrupun xalqın təhlükəsizliyinə qarşı hər hansı bir hərəkətləri olmayıb. Qrup bir xalqın tələbləri əsasında təşkil olunub.
“Bu ittihamda təhlükəsizlik deyəndə xalqın təhlükəsizliyi qəsd edilir. Halbuki bu qrupun xalqın təhlükəsizliyinə qarşı hər hansı bir hərəkətləri olmayıb. Qrup bir xalqın tələbləri əsasında təşkil olunub. Onlar teror və ya iğtişaş yaratmaq kimi fəaliyyətlər etməyiblər,” deyə Türkiyədə mühacirətdə yaşayan vəkil qeyd edib. “Rejimə qarşı təbliğat məsələsində, təbliğat gerçəklərə dayansa qanuna qarşı olmaz. Misal üçün bu qrup yazıları və bəyanatlarında İranda ana dili hüquqlarının pozulduğunu qeyd edib və bu da yalan deyil, gerçəkdir.”
Cənab Bərizn Marağa İnqilab məhkəməsi tərəfindən səkkiz il həbsə məhkum olan milli fəal Abbas Vəlizadənin (Oxtay) də ittihamlarına toxunub. Milli fəala qarşı irəli sürülən ittihamlardan biri "Güney Azərbaycan Mili Oyanış Hərəkatı (GAMOH) təşkilatının başqanı Mahmudəli Çöhrəqanlının Amerikanın Səsinə müsahibəsinin videosunu əldə etmək” olub.
İran məhkəmələri xarici media ilə əlaqə saxlamaq ya müsahibə verməyi ittiham kimi irəli sürəndə əslində qanunu pozurlar.
Vəkil mediaya müsahibə verməyin qanuna zidd olmadığını deyir: “Belə bir şey qanunda yoxdur. İran məhkəmələri xarici media ilə əlaqə saxlamaq ya müsahibə verməyi ittiham kimi irəli sürəndə əslində qanunu pozurlar.”
Musa Bərzin həmçinin 2011-ci ildə Urmiyə Gölündəki ekoloji fəlakət ilə əlaqəli keçirilən etirazlar ilə bağlı mühakimə edilən fəallardan daha bir neçəsinin son vaxtlarda Təbriz zindanına göndərilməsinə işarə edərək, İran İslam Respublikasının ətraf mühitini qorumaq üçün fəaliyyət göstərən insanlara qarşı sərt təzyiqlər tətbiq etməsini qınayıb.

Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |