Şrift:
Azərbaycanda soyuq hava şəraiti noyabrın 15-dək davam edəcək
13.11.2011 [12:45] - Gündəm
Ölkə ərazisində bu gündən müşahidə edilən soyuq hava şəraiti noyabrın 15-i gündüzədək davam edəcək. Bunu şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Bakıda anomal hava şəraiti müşahidə ediləcək. Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 5-7, axşama doğru isə 3 dərəcə isti gözlənilir.

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın buludlu, yağıntılı olacağı proqnozlaşdırılır. Gündüz yağıntının tədricən kəsiləcəyi, havanın arabir açılacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti gözlənilir.

Noyabrın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən, yağmursuz olacaq. Amma noyabrın 14-ü axşam bəzi yerlərdə az yağıntı olacağı gözlənilir. Həmin gün şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Noyabrın 15-də isə havanın temperaturu bir qədər yüksələcək və gündüz saatlarında 6-9 dərəcə isti qeydə alınacaq.

Bu cür soyuq hava şəraiti Azərbaycanın digər ərazilərində də müşahidə ediləcək.
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed